Accessibility links

Banqladeş paytaxtında 20 girovun ölümülə nəticələnmiş qarşıdurmadan sonra təhlükəsizlik qüvvələri yerləşdirilib


Dakka küçələrində zirehli maşınlar
Dakka küçələrində zirehli maşınlar

Banqladeş rəsmiləri şənbə günü restoranda 20 nəfəri qətlə yetirmiş yaraqlı qrupu ilə 11 saat sürən qarşıdurmadan sonra paytaxtda çox sayda təhlükəsizlik qüvvələri yerləşdirib.

Qarşıdurma təhlükəsizlik qüvvələrinin binaya hücum edərək, altı hücumçunu qətlə yetiirib, birini ələ keçirməsindən sonra sona çatıb. Hadisə qurbanlarının çoxu bıçaqla zərbələr nəticəsində ölüb. Yaraqlılar qarşıdurma zamanı törətdikləri qətliamın fotolarını İŞİD-ə göndərib.

Təhlükəsizlik qüvvələri hücum zamanı 13 girovu azad edib. Ölənlərin çoxunun İtaliya və Yaponiya vətəndaşları olduğuna inanılır. Qarşıdurma zamanı iki polis zabiti həlak olub.

İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb, lakin hücumçuların kimliyi müəyyən edilməyib.

Dakka sakinləri silahlı şəxslərin restorana hücumu nəticəsində yaralanmış şəxsə yardım edir
Dakka sakinləri silahlı şəxslərin restorana hücumu nəticəsində yaralanmış şəxsə yardım edir

Girov böhranının başlamasından 10 saat sonra komandos qüvvələrinin döyüşçüləri restorana hücum edən zaman atəş və partlayış səsləri eşidilib. Jurnalistlər zirehli maşınların yerləşdirildiyi hadisə yerinə buraxılmayıb.

Hadisə yaraqlıların cümə günü axşam Banqladeş paytaxtı Dakkada diplomatik nümayəndəliklərin yerləşdiyi ərazidəki Holey Artisan Bakery restoranına hücumu ilə başlayıb.

Polis ərazini mühasirəyə alıb və hücumçulara atəş açdıqdan sonra yaraqlılar partlayıcıları işə salıb. Gecəyarı atəş səsləri kəsilib. Bundan sonra polis yaraqlılarla danışıqlar aparmağa cəhd göstərib. Bir neçə saat sonra isə xüsusi təyinatlı komandos qüvvələri girovların azad edilməsi əməliyyatına başlayıb.

Banqladeş son aylar əsas etibarilə dünyəvi blogerlər, ateistlər və dini azlıqların hədəf alındlğı hücumlara səhnə olub. İŞİD terror qrupu, eləcə də Hindistan yarımadasında Əl-Qaidə qrupu (AQİS) bu hücumların çoxuna görə məsuliyyəti öz üzərinə götürüb.

Birləşmiş Ştatlar cümə axşamı günü AQİS-i terror təşkilatı elan edib və onun lideri Asim Umarın qlobal terrorçuların xüsusi siyahısına salındığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG