Banqladeşdə tikiş fabrikinin dağıntıları altında qalanların axtarışı başa çatdırılır. Binanın dağıntıları altında qalan çoxsaylı insandan 1127 nəfəri həlak olub.
Ötən cümə günü xilas işçiləri 17 gündən sonra bir qadını aşkar edib. Bu, daha artıq insanın sağ çıxarılacağına ümid yaratmışdı.
Dünən hökumət iş şəraitinə etiraz edən fabrik işçilərinin məvaciblərinin artırılacağını bəyan edib.
Aprel ayının 24-də baş verən hadisə genişmiqyaslı etirazlara yol açmışdı.
Binanaın uçması ilə bağlı 9 adam həbs edilib. Banqladeş hökuməti təhlükəsizlik standartlarına cavab verməyən 18 tikiş fabrikini bağlayıb.
Çərşənbə günü paytaxtdakı tikiş fabriklərinin birində baş verən yanğın nəticəsində 8 adam ölmüşdü.