Accessibility links

Barak Obama Amerika qüvvələrinin birinci hissəsinin Əfqanıstandan çıxarılması barədə açıqlama verib


Barak Obama Amerika qüvvələrinin birinci hissəsinin Əfqanıstandan çıxarılması barədə açıqlama verib
Barak Obama Amerika qüvvələrinin birinci hissəsinin Əfqanıstandan çıxarılması barədə açıqlama verib

ABŞ prezidenti Barak Obama Amerika qüvvələrinin birinci hissəsinin Əfqanıstandan çıxarılması barədə açıqlama verib.İlin sonunadək o ölkəni 10000-nə qədər əsgəri qüvvənin tərk edəcəyi planlaşdırılır. ABŞ prezidenti deyib ki, Amerikaya qarşı hücum 2001-ci ildə Əl-Qaidənin Amerikaya qarşı hücumları ilə başlayıb. "Taliblərin Əfqanıstanın əksər hissəsini ələ keçirməsi bizi müharibəyə vadar edib. Amerikanın Əfqanıstandakı missiyası sonsuz deyil.Gələn aydan başlayaraq biz gələn ilədək 10000 əsgərin geri qaytarılmasını istəyirik. Kəşfiyyat rəsmilərinin sayəsində Üsama Bin Ladenin öldürülməsinə nail olunub.Əl-Qaidə hələ də təhlükədir. Lakin görülən işlər təhlükəsizliyin təmin edilməsinə yardım edib.Əlbəttə, böyük problemlər hələ də qalmaqdadır. Gələn ilin may ayında biz Əfqanıstanla bağlı strategiyamızı müəyyən edəcəyik. Əfqanıstanda sülhün bərqərar edilməsinin əfqanların əlində olduğuna inanırıq. Lakin biz təhlükəsizliyin təmin edildiyindən əmin olmalıyıq. Biz Pakistandakı vəziyyətdən də narahatıq. Biz Pakistan rəsmiləri ilə birgə işləməklə ektremizmin kükünü kəsməliyik. Son on il Amerika üçün cətin olub. Çoxli itkilər vermişik. Biz məsuliyyətli sona çatmışıq. Biz praqmatik olmalı, hədələri əvvəlcədən müəyyən etməliyik. Amerika yalnız qüdrət demək deyil ,biz demokratiyanı müdafiə etməklə yanaşı, azadlıq uğrunda mübarizə aparanlara dəstək verməliyik. Hər şeydən öncə Amerika indi öz problemlərinə diqqət yetirməlidir. Mən bütün amerikalılar adından danışaraq demək istəyirəm ki, indi özümüzün prioritetlərinə diqqət verməliyik. Amerika elə bir ölkədir ki, qarşısına qoyduğu bütün məqsədlərə nail olur". ABŞ prezidenti 5000 əsgərin Əfqanıstandan çıxarılacağını bəyan edib. Barak Obama qüvvələrin Əfqanıstandan iyul ayında çıxarılacağını 2009-cu ilin dekabr ayında bəyan etmişdi. ABŞ hazırda Əfqanıstanda 100000 əsgərdən ibarət hərbi qüvvəyə malikdir.

XS
SM
MD
LG