Accessibility links

Ağ Ev Suriyaya silah yardımını nəzərdən keçirir


ABŞ prezidenti Barak Obamanın Suriyada vətəndaş müharibəsində müxalifətçiləri silahla təmin etmək məsələsini nəzərdən keçirdiyi barədə məlumat verilib. Birləşmiş Ştatlar silahların Qərb əleyhdarı üsyançıların əlinə keçə biləcəyindən ehtiyat edir.

Yüksək səviyyəli Ağ Ev rəsmisi deyib ki, cənab Obama hələlik məsələyə dair qərar qəbul etməyib. Lakin prezident milli təhlükəsizlik rəsmilərinə ABŞ-ın Suriya müxalifətçilərinə yardımln artırılması üçün nmümkün yolların müəyyən edilməsi ilə bağlı müraciət edib.

Ötən həftə Ağ Evin nümayəndələri qanunvericilərə Bəşar Əl-Əsəd qüvvələrinin müxalifətçilərə qarşı az sayda kimyəvi silah hesab edilən sarin qazı işlətdiy barədə məlumat verib.

ABŞ prezidenti deyib ki, kimyəvi silahlardan istifadə məsələsi vəziyyətin dəyişməsinə səbəb olacaq. Lakin o, müxbirlərin suallarını cavablandıraraq, ABŞ-ın məsələyə müdaxiləsi üçün daha çox faktların olmasının vacibliyini vurğuayıb.

Yaxın Şərq məsələləri üzrə təhlilçi Marina Ottavey deyib ki, Obama administrasiyası məsələ ilə bağlı qərar verməyə yaxındır, lakin bu qərarın nədən ibarət olacağını hələ müəyyən etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG