ABŞ prezidenti Barak Obama bildirib ki, İsrail və Fələstin öz variantlarını nəzərdən keçirməsi üçün Yaxın Şərq sülh prosesinə fasilə vermək məqsədəuyğun olardı.
Cənab Obama Cənubi Koreyada səfərdə ikən Seulda jurnalistlərlə görüşü zamanı deyib ki, sülhün əldə olunması hər iki tərəfin maraq dairəsindədir. Ancaq heç bir tərəf qəti addımlar atmaq üçün siyasi istək nümayiş etdirmir.
Onun dedikləri İsrailin Təhlükəsizlik Kabinetinin Fələstinin Fətah və Həmas qruplarının birləşmək qərarından sonra sülh danışıqlarını dayandırmaq qərarından sonraya təsadüf edir.
Cənab Obama bildirib ki, Fələstinin bu iki qrupunun birləşmək qərarı sülh prosesinə yardım etmir. Ancaq prezident öz administrasiyasını sülh prosesinin baş tutması üçün əlindən gələni edəcəyini bildirib.
İsrail kabinetinin keçirdiyi altı saatlıq görüşdən sonra yayımladığı bəyanatda deyib ki, İsrail Fələstinin atdığı birtərəfli addımlara qarşı ölçülər götürəcək.