Accessibility links

Loretta Linç ABŞ-ın baş prokuroru vəzifəsinə təsdiq edilməlidir


ABŞ prezidenti Barak Obama növbəti baş prokuror vəzifəsinə Loretta Linçin namizədliyini irəli sürməsindən beş ay sonra nəhayət ki, Senatın onu təsdiq edəcəyi gözlənilir.

Respublikaçıların qanuna əlavə etdikləri abort-əleyhinə düzəlişə və insan alverinə qarşı mübarizə qanunvericiliyinin gündəmdə olduğuna görə Linçin namizədliyinin təsdiqi yubadılırdı.

Senatda respublikaçıların lideri Miç Makkonnell insan alverinə dair qanun qəbul edilməyincə, Linçin namizədliyini səsverməyə çıxarmaqdan imtina edirdi.

Aborta dair qanun 99 leyhinə 0 əleyhinə səslə qəbul edilib.

XS
SM
MD
LG