Accessibility links

Barak Obama: Qəzzafi hakimiyyəti tərk etməlidir!


Barak Obama: Qəzzafi hakimiyyəti tərk etməlidir!
Barak Obama: Qəzzafi hakimiyyəti tərk etməlidir!

Liviyada müxalifət qüvvələri ilə Qəzzafi loyalistləri arasında qarşıdurma şiddətləndikcə on minlərlə xarici vətəndaş ölkəni tərk etməyə çalışır.

Dünən Ağ Evdə çıxış edən prezident Barak Obama deyib ki, Liviyada zorakılıqlara son qoyulmalıdır. O, bildirib ki, Liviya lideri Müəmmər Qəzzafi legitimiliyini itirib və hakimiyyəti tərk etməlidir. O, həmçinin Liviyadakı zorakılıqlar üzündən ölkəni tərk edənlərə ABŞ-ın yardım göstərdiyni vurğulayıb.

Bu arada üsyançılar Tripolidən 800 kilometr şərqdə yerləşən Breqa şəhərinə nəzarəti əldə saxlamaqda davam ediblər. Bu şəhərdə çox sayda neft yataqları yerləşir və hava zərbələrinə baxmayaraq üsyançılar mövqelərini qoruyub saxalyıblar.

Üsyançı əsgərlərdən biri Liviyanın azadlığı üçün vuruşduğunu deyib:

“Mənim vəsiyyətim də hazırdır. Biz son 42 ildə çox şey itirmişik. Artıq bəsdir. Mən Liviya xalqının azadlığına, hüquqlarımıza inanıram,” deyə o, bildirir.

Qəzzafiyə qarşı xalq üsyanı Liviyanın 1.6 milyon gündəlik neft ixracını yarıya endirib. Hökumət isə neft mədənlərinin normal işlədiyini bildirib.

XS
SM
MD
LG