Accessibility links

Barak Obama Səudiyyə Ərəbistanına səfər edib


ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı kralı Abdulla ilə Yaxın Şərqdə təhlükəsizlik maraqlarına dair fikir ayrılıqları barədə görüş keçirib.

Suriyada vətəndaş müharibəsi nəticəsində artan gərginlik də daxil olmaqla, ABŞ rəsmiləri görüş zamanı İran, Misir, İsrail-Fələstin sülh danışıqları və zorakılıqların qarşısını almaq səylərini müzakirə edib.

Görüşdən sonra bəyanat verilməyib.

Üç ildir davam edən Suriya vətəndaş müharibəsi Yaxın Şərqdə məhzəblər arasında gərginliyin artması ilə nəticələnib. Səudiyyə Ərəbistanı keçən il ABŞ-ın Bəşar Əl-Əsəd hökumətinə qarşı mübarizə aparan üsyançıların silahlandırılmasının dayandırılması qərarından narazılığını bildirmişdi.

Riyad höküməti həmçinin Obama administrasiyasının İranla başlatdığı dialoqdan narahatlığını dilə gətirmişdi.

Keçən il Misir hadisələrində də cənab Obama prezident Məhəmməd Mursinin devrilməsini tənqid edərkən, Səudiyyə höküməti orduya arxalanan höküməti dəstəkləmişdi.

Obamanı Riyadda dövlət katibi Con Kerri də müşayiət edir.

Bu arada Dövlət Departamenti çərşənbə günü Cənab Kerri və Fələstin prezidenti Mahmud Abbas arasında keçirilən görüşü “uğurlu” adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG