Accessibility links

Barak Obama vəzifəsini tərk etdikdən sonra ilk dəfə Keniyaya səfər edib


Amerikanın sabiq prezidenti Barak Obama vəzifəsini tərk etdikdən sonra ilk dəfə Keniyaya səfər edib. Bu gün o, mərhum atasının vətəni olan kənddə olub.

Obama artıq 5-ci dəfədir o ölkəyə səfərə çıxır.

Dünən Nayrobiyə çatan sabiq prezident Keniya prezidenti Uhuru Kenyatta və müxalifət lideri Raila Odinqa ilə görüşüb. Bu gün Obama bacısının Koqeloda təşkil etdiyi Sauti Kuu Foundunu ziyarət edib.

​Koqelo Barak Obamanın atasının doğulduğu yerdir. Obama son dəfə kənddə senator olduğu dövrdə, 2006-cı ildə olub.

Obama fonddakı çıxışı zamanı Afrikanın inkişafında gənclərin rollarının artırılmasının vacibliyini vurğulayıb.

Sabiq prezident Keniyanı etnik gərginlikləri aradan qaldırıb, iqtisadi artıma mane olan korrupsiyanın kökünün kəsilməsinə çağırıb.

Barak Obama bu gün axşam 16-cı illik Nelson Mandela Məruzəsi ilə çıxış edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG