Accessibility links

Barbara Buşun kitabı onun Trampa münasibətini açıqlayıb


ABŞ-ın sabiq birinci xanımı Barbara Buş Doland Trampın onun Respublikaçılar Partiyasına sədaqətini şübhə altına aldığını bildirib.

Corc Buşun mərhum xanımı 2016-cı il prezident seçkiləri zamanı Trampa görə böyük həyəcan keçirdiyini bəyan edib.

Bunlar xanım Buşun “ Matriarx” adlı tərcümeyi-halında qeyd edilib.

Tərcümeyi-halın bəzi hissələri USA Today qəzetində dərc edilib.

2018-ci ilin fevralında müsahibə verən Barbara Buş “özünüzü respublikaçı hesab edirsinizmi?” sulaının cavabında o, “artıq demliyəm ki, xeyr”- deyə, cavab verib.

ABŞ-ın sabiq birinci xanımı ötən ilin aprel ayında 92 yaşında vəfat edib.

Kitabda Buş Bill Klintona prezident xanımın həyat yoldaşı kimi təbrik məktubu göndərmək istədiyi, lakin ertəsi gün Trampın qələbə çaldığını öyrənməsini dəhşətlə xatırlayır.

Barbara Buşa Trampın prezidentliyinin ilk dönəminin sonunu izləmək üçün saat hədiyyə edilib. O, həmin saatı yataq otağındakı lampa masası üzərində saxlayırdı.

XS
SM
MD
LG