Accessibility links

Hesabat: Mobil barmaq izi applikasiyası miqrantların deportasiyasında əsas vasitədir


ABŞın mühacirət agentlərinin uzaqdan şəxsiyyət yoxlanışı üçün istifadə etdiyi mobil barmaq izi tətbiqi Prezident Donald Trampın deportasiya əməliyyatında əsas vasitədir.

Bu, Məlumat Azadlığı Qanunu immiqrasiya hüquqları qrupunun iddiasına əsaslanan yeni hesabatda bildirilib.

Hesabatda deyilir ki, 2017-ci ildə keçirilən məhkəmə prosesi ilə əldə edilən və EDDIE kimi tanınan 2500 səhifəlik sənəd İmmiqrasiya və Gömrük Mühafizə agentliklərinə ölkədən çıxarılması hədəflənməyən miqrantların deportasiyalarının artmasına kömək etdiyini göstərir.

Hesabatda bu kimi insanlar tez-tez başqalarına yönəlmiş əməliyyatlarda tnəzarət altına alınır. Tətbiqin mühacir icmalarında irqi profilləşməni daha da artırdığını deyilir.

Məsələn, daxili bir agentliyin məlumat bülleteni 2017-ci ildə Kaliforniyanın Eskondido bölgəsində yerli polislərlə birlikdə avtomobil nəqliyyatı dayanarkən immiqrasiya agentliklərinin bu applikasiyadan istifadə etdiyini göstərib. Bu əməliyyat nəticəsində 12 ayda "333 xarici vətəndaş qanunsuz həbs" edilib.

ABŞ immiqrasiya və sərhəd agentləri müntəzəm olaraq biometrik məlumatların toplanması üçün mobil barmaq izi cihazlarından istifadə edir. Tramp administrasiyası son həftələr bu tətbiqi genişləndirməyə çalışır.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təklif olunan bu tənzimləmə toplanan barmaq izi məlumatlarına əlavə olaraq, qeyri-vətəndaşların üz, gözlərin forması və ovuc izlərinin, habelə barmaq izləri vasitəsi ilə DNT-lərin toplanmasına yardım edir.

Bu applikasiya sahə agentlərinə Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiata Bürosuna bazalarında qeydiyyatdan keçmiş insanları topladıqları barmaq izlərini vasitəsi ilə uzaqdan yoxlamağa imkan verir.

Məhkəmələr həbs qərarı üçün yeganə əsas kimi istifadə edilən federal məlumat bazalarının etibarlılığını şübhə altına alıb.

Mart ayından pandemiya ilə əlaqədar Sərhəd Mühafizəçiləri miqrantlara sığınacaq əldə etmək şansı vermədən onları dərhal Meksikaya qaytarmaq üçün mobil barmaq izi cihazlarından istifadə edib.

Yeni seçilmiş prezident Co Bayden Seçki platformasında Trampın immiqrasiya əleyhinə siyasətinin "zərərlərini aradan qaldıracağına" söz versə də, məlumat toplamaq məsələsinə toxunmayıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG