Accessibility links

Villyam Barr: 21 səudiyyəli hərbi təlimçi ölkəsinə qaytarılıb


ABŞ-ın baş prokuroru Villyam Barr 21 səudiyyəli hərbi təlimçinin ölkəsinə qaytarıldığını bildirib. Bu qərar səudiyyəli pilotun hücum törətdiyi Florida dəniz donanması bazasında həyata keçirilən yoxlanışdan sonra verilib.

Barr onların hərbi təlim proqramlarından kənarlaşdırıldığını deyib. O bildirib ki, onların 17-nin cihadçı olduğunu və sosial mediada Amerika əleyhinə şərhlər verdiyini bildirib.

Baş prokuror 15 nəfərin uşaq pornoqrafiyası ilə əlaqəsi olduğunu və həmin şəxslərin ABŞ qanunlarına görə mühakimə edilə bilmədiyini qeyd edib.

"Bu, terror aktı idi” - deyə, Barr Pensakola bazasında 3 nəfərin ölümünə səbəb olan hücum barədə deyib.

Federal Təhqiqat Bürosu hücumçunun Səudiyyə Ərəbistanı Kral Hava Qüvvələrinin leytenantı olduğunu bildirib.

.

Şərhlərə bax

XS
SM
MD
LG