İspaniya mediası bir neçə yüz tələbənin hökümətin Kataloniyanın ölkədən ayrılması ilə bağlı keçirilən referendumun qarşısını almaq səylərinə etiraz olaraq gecəni Barselona Universitetində keçirdiyi barədə məlumat verir.
Etirazçılar sosial mediada bildiriblər ki, müstəqillik tərəfdarı siyasətçilərinin şənbə günü Barselona Universitetində çıxış edəcəkləri gözlənilir.
Tələbələrin sözcüsü Cordi Vives Kataloniyanın ictimai televiziyasına: “Biz göstərməyə çalışırıq ki, tələbə olaraq bizim də söz haqqımız var və hələ ki, biz burdan heç bir yerə getməyəcəyik.”
Bəzi tələbələr dekan və universitetin digər menecerlərinin ofisləri yaxınlığındakı mərkəzi monastırı zəbt edib.
İspaniyanın Konstitusiya Məhkəməsi oktyabrın 1-də keçiriləcək səsverməni təxirə salıb. Bu zaman ərzində isə hakimlər referendumun qanuna uyğun olub-olmadığını müəyyən edəcək.