Accessibility links

Bayden administrasiyanın COVID-19-la bağlı planları haqqında danışacaq


ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin ilk iş günündə federal hökumətin koronavirusa reaksiyasına böyük diqqət yetirir.

Bayden cümə axşamı administrasiyanın planları haqqında danışacaq və onun COVID-19-la mübarizə ilə bağlı sərəncamları və digər sənədləri imzalaması planlaşdırılır.

Bundan sonra Koronavirusa Nəzarət Komandası həm Bayden, həm də Harrisə ölkə boyu həyata keçirilən peyvənd proqramlarının mövcud vəziyyəti də daxil olmaqla, koronavirus haqda geniş məlumat verməlidir.

Bayden qarşısına vəzifəsinə başlamasının ilk 100 günündə 100 milyon dozada peyvənd vurulmasını hədəf qoyub.

ABŞ-da peyvəndlərə dekabr ayının ortalarında ön cəbhədəki səhiyyə işçilərinə və uzun müddət müalicə müəssisələrində yaşayanlara edilməklə başlayıb.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bildirdiyinə görə, çərşənbə günü səhərə qədər artıq 16.5 milyon dozada peyvənd tətbiq edilib. ABŞ-da təcili istifadə üçün iki peyvənd təsdiqlənib və hər biri iki peyvənd iki doza tələb edir.

Bayden və həyat yoldaşı Cill, Harris və əri Doq Emhoff birlikdə cümə axşamı virtual olaraq Vaşington Milli Kafedralında İnaqurasiya Dua Mərasiminə qatılacaq.

Bayden çərşənbə günü ABŞ-ın 46-cı prezidenti kimi and içdi və “təhlükəli və əhəmiyyətli imkanlar qışı”nın olduğunu deyərək, amerikalıları birliyə çağırdı.

Ölkənin ən yaşlı lideri, 78 yaşlı Bayden 36 il ABŞ senatoru, 8 il isə vitse-prezident vəzifəsində çalışıb. O, prezidentlik andını Kapitolinin pilləkənlərində soyuq və küləkli bir gündə içdi.

Kaliforniyadan keçmiş senator Kamala Harris vitse-prezident kimi and içərək, ölkə tarixindəki ən yüksək rütbəli qadın oldu. 56 yaşlı Harris qaradərili və hindistanlı amerikalıdır.

XS
SM
MD
LG