Accessibility links

Bayden müttəfiqlərinə ABŞ-ın NATO qarşısındakı öhdəliyini vurğulayacaq


ABŞ Prezidenti Co Bayden

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) liderləri, o cümlədən ABŞ Prezidenti Co Bayden bazar ertəsi Brüsseldə görüşdüyü zaman onlar təşkilatın stateji konsepsiyasına düzəliş etməyi müzakirə edəcəklər.

NATO məqsədini vurğulayan sənədi 2010-ci ildə yeniləyib. Təşkilatın baş katibi Yens Stoltenberqin dediyinə görə, NATO-nun təhlükəsizliyinə təhdidlər və üzləşdiyi çətinliklər o zamandan bəri dəyişib.

“Misal üçün, hazırkı strateji konsepsiyada Çinlə bağlı bir söz belə yoxdur. İqlim dəyişikliyi də demək olar qeyd olunmayıb. Və əlbəttə ki, bizim Rusiya ilə əlaqələrimiz o zaman indi ilə müqayisədə çox fərqli bir səviyyədə idi,” Stoltenberq cümə günü müxbirlərə bildirib. “Bizim bu gün Rusiya ilə münasibətlərimiz Soyuq Müharibədən bəri ən aşağı səviyyədədir və daha təkmillşdirilmiş kiber hücumlar olur, bu illər ərazində bir çox problemler də artıb.”

NATO Baydenin sələfi Donald Tramp vəzifədə ikən strateji konsepsiyasına dəyişiklikləri müzakirə etməkdən çəkinirdi.

“Avropalılar Tramp administrasiyasının dönəmində Pandoranın qutusunu açmaq istəmirdilər, çünki Birləşmiş Ştatların nə deyəcəyini bilmirdilər” deyə, Wilson Mərkəzinin Qlobal Avropa proqramının direktoru Dan Hamilton bildirir.

Trampın hərbi alyasın digər liderləri ilə arzuolunmaz münasibətləri var idi və o onları dəfələrlə müdafiə üçüm ayırdıqları büdcələri artırmadıqlarına görə danlayırdı və NATO-nun 5-ci Müddəa kimi tanınan ortaq müdafiə maddəsini sual edirdi.

Bayden ötən çərşənbə günü İngiltərədə Kral Hava Qüvvələrinin Mildenhall bazasında ABŞ Hava Qüvvələrinin personalı önündə çıxış edərkən bildirib: “Mən Brüsseldə ABŞ-ın NATO Alyansına və 5-ci Müddəasına tam sadiq olduğunu bildirəcəm. Bizim 5-ci Müddəa altındakı öhdəliyimiz müqəddəsdir.”

Bayden Brüsselə bazar günü, NATO iclasından və çərşənbə axşamı Avropa İttifaqı liderləri ilə keçiriləcək ABŞ sammitindən öncə gedəcək.

Bu müzakirələr Baydenin çərşənbə günü Cenevrədə Rusiya Prezidenti Vladimir Putinlə görüşündən öncə keçiriləcək. Hamiltonun dediyinə görə, bununla ABŞ Prezidenti NATO müttəfiqləri ilə görüşdən sonra arxasında güclü dəstəyin olmasını istəyir.”

Bazar ertəsi keçiriləcək NATO görüşündə Əfqanıstandakı hərbi əməliyyatlara son qoyulması qeyd olunacaq. Birləşmiş Ştatlar artıq hərbi qüvvələrinin ən azından yarısını ölkədən çıxarıb.

“Sual bundan sonra NATO-nun Əfqanıstanda hərbi əməliyyatlardan başqa rolunun nə olacağıdır?” Hamilton deyib.

Bundan əlavə bu il ABŞ-ın Ukrayna və Gürcüstanı NATO-ya daxil etmək istəyi də müzakirə olunacaq.

Brukinqs İnstitutunun baş elmi işçisi və araşdırma bölməsinin direktoru Maykl O’Hanlon bunu “çox pis ideya” adlandırır, çünki Moskvanın bu plana qarşı çıxması nəticəsində atacağı addımlar “bizim dözə biləcəyimiz dərəcəni aşsa” bu, müharibəyə gətirib çıxara bilər.

Baydenin NATO müzakirələrində iştirakı ABŞ rəhbərliyinin ittifaq qarşısındakı öhdəliyinin yeniləndiyini göstərmək məqsədi daşıyır.

Bəzi təhlilçilər düşünür ki. ABŞ prezidenti Brüssüldə skeptisizmlə qarşılana bilər.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG