Accessibility links

Bayden Tramp dövründə yeni immiqrantlar üçün tətbiq olunan sağlamlıq sığortası tələbini ləğv edib


ABŞ Prezidenti Co Bayden cümə günü sabiq Prezident Donald Trampın 2019-cu ildə sağlamlıq sığortası olduğunu və ya tibbi xərcləri ödəyə bildiyini sübut edə bilməyən immiqrantların ölkəyə daxil olmasını qadağan edən fərmanı ləğv edib.

Ağ Evin verdiyi açıqlamada Demokrat prezient deyib ki, Respublikaçı sələfinin fərmanı “Birləşmiş Ştatlarına maraqlarını irəlilətmir.”

Tramp 2019-cu ilin oktyabrında bütün gələcək immiqrantlardan Birləşmiş Ştatlara daxil olandan sonra 30 gün əraizndə ABŞ-da sağlamlıq sığortalarının olduğuna və ya “gözlənilən məqbul tibbi xərcləri” ödəyəmək üçün kifayət qədər pullarının olduğuna dair sübut irəli sürməsini tələb edən fərman imzalayıb.

Bundan bir ay sonra federal hakim bu tələbatı blok edib. Lakin 2020-ci ilin dekarbında ABŞ-ın 9-cu Dairə Apellyasiya Məhkəməsi Trampın fərmanını qüvvədə saxlayaraq, onun prezidentin səlahiyyəti çərçivəsində olduğunu bildirib.

Bayden bu qərardan bir neçə səftə sonra hakimiyyətə gəlib və hüquq müdafiəçiləri qaydanın heç bir zaman qüvvəyə minmədiyini bildirir.

Ağ Evə və digər ABŞ idarələri məsələ ilə bağlı şərh verməyib.

Bayden Trampın bir çox immiqrasiya qanunlarını ləğv etməyə söz verib. O, 13 əksəriy olkjbv yətinin müsəlman olduğu və Afrika ölkələrinə tətbiq olunan səyaht qadağasını aradan qaldırıb və ABŞ-Meksika sərhədinə divarın inşasını dayandırıb.

İmmiqrantların haqlarının müdafiəçiləri bildirirdi ki, bu fərman qüvvəyə minsə qanuni immiqrantların üçdə ikisinin ölkəyə girişinin qarşısı alınacaqdı.

Bayden bu qərarı cümə günü Trampın bir neçə simvolik siyasi qərarlarını ləğv etdiyi zaman verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG