Accessibility links

Bayden Ərdoğanın qadınları qorumağa yönəlmiş müqavilədən çıxmasını tənqid edib


ABŞ Prezidenti Co Bayden martın 21-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qadınları zorakılıqlardan qorumağa yönəlmiş Avropa müqaviləsindən sürpriz şəkildə geri çəkilməsini tənqid edib. Bayden açıqlamasında Türkiyənin müqaviləni rədd etməsini “yersiz” və “çox məyusedici” adlandırıb.

"Ölkələr qadınlara qarşı zorakılıqlara son qoyulmasına dair öhdəliklərini gücləndirməyə və yeniləməyə çalışmalı, qadınları qorumaq və sui-istifadə edənləri məsuliyyətə cəlb etmək üçün hazırlanmış beynəlxalq müqavilələri rədd etməməlidir. Bu, qlobal miqyasda qadınlara qarşı zorakılığa son qoymaq üçün beynəlxalq hərəkat üçün geriləyici bir addımdır" - deyə, ABŞ dövlət başçısı əlavə edib.

2011-ci ildə Türkiyə İstanbul Konvensiyası kimi tanınan paktı qəbul edən ilk Avropa ölkəsi idi.

Lakin Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni şənbə günü qadınları qorumaq üçün nəzərdə tutulan beynəlxalq razılıqdan geri çəkib.

Qadın haqları fəalları bu razılığı ölkədə artmaqda olan məişət zorakılığına qarşı əsas mübarizə yollarından biri olaraq görürdülər və Ərdoğanı Türkiyəni razılıqda saxlamağa çağırırdılar.

Avropa Şurasının İstanbulda imzalanan konvensiyanın məqsədi məişət zorakılığı hallarının qarşısını almaq və yox etmək, məişət zorakılığı edənləri isə mühakimə etmək, habelə bərabərliyi təbliğ etməkdir.

Türkiyənin konvensiyadan geri çəkilməsinə səbəb göstərilməsə də, Ərdoğanın hakim AK Partiyasının rəsmiləri ötən il qadınlara qarşı artan zorakılıqlarının qarşısını almaq yolları ilə bağlı fikir ayrılıqlarının olduğunu bir vaxt hökumətin razılıqdan çıxmağı nəzərdən keçirdiyini demişdi.

Türkiyədə bir çox mühafizəkar deyir ki, razılıq ailə strukturuna xələl gətitir və zorakılığı həvəsləndirir. Onlar, həmçinin İstanbul Konvensiyasında yer alan gender bərabərliyi prinsipinə pis baxırlar və onun homoseksuallığı təbliğ etdiyini düşünürlər, çünki razılıq cinsi oriyentasiya zəminində diskirimansiyaya qarşı çıxır.

Razılıqdan geri çəkilməyi tənqid edənlər bunu Türkiyəni qoşulmaq üçün namizəd olduğu Avropa Birliyinin dəyərlərindən bir az daha uzaqlaşdırdığını deyirlər. Onlar iddia edir ki, konvensiya və o imzalandığı zaman qəbul olunan qanun daha ciddi şəkildə tətbiq olunmalıdır.

Bir neçə başqa ölkə də razılıqdan geri çəkilmək üçün addımlar atıb. Polşanın kabinet üzvünün Varşavanın razılıqdan geri çəkilməli olduğunu deməsindən sonra Ali Məhkəmə konvensiyanı diqqətli şəkildə araşdırmağa başlayıb. Polşanın millətçi hökuməti razılığı çox liberal hesab edir.

Ərdoğan qadınlara qarşı zorakılığı tənqid edib və bu ay hökumətinin qadınlara qarşı zorakılığı aradan qaldırmağa çalışacağını bildirib. Lakin tənqidçilər deyir ki, onun hökuməti qadın qətlləri və məişət zorakılığının qarşısını almaq üçün kifayət qədər iş görməyib.

Türkiyədə qadın qətlləri ilə bağlı rəsmi statistika mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Türkiyədə qadınların 38 faizi həyatları boyu partnyorlarından şiddətə məruz qalırlar ki, Avropanın digər hissələrində bu göstərici təxminən 25 faizdir.

Ərdoğanın qərarı onun bu ay hüquq və azadlıqların durumunu yaxşılaşdıracaq və Aİ standartlarını cavablayacaq ədliyyə islahatlarını açıqlamasından sonraya təsadüf edib. Türkiyə 2005-ci ildən bəri Aİ-na namizəddir, lakin ölkənin ittifaqa qoşulması üzərində danışırlar siyasətlə bağlı fərqliliklər və Ankaranın insan haqları tarixçəsi səbəbilə dayandırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG