Accessibility links

Bayden veteran diplomat Villiam Börnsü CIA direktoru vəzifəsinə namizəd göstərəcək


ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden bazar ertəsi təcrübəli diplomat Villiam Börnsü Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru vəzifəsinə namizəd göstərəcəyini bildirib.

Baydenin keçid komandasının bazar ertəsi verdiyi açıqlamada Börnsün ABŞ Dövlət Departamentində işlədiyi 33 il müddət ərzindədə həm Respublikaçı, həm də Demokrat prezidentlərin dövründə xidmət etdiyi bildirilib.

Börns diplomatik korpus sıralarında yüksəlib və ABŞ-ın keçmiş prezidentləri Bill Klintonun dövründə İordaniyada, Corc W. Buşun hakimiyyəti dövründə isə Rusiyada səfir olub. 64 yaşlı diplomat 2011-ci ildə prezident Barak Obamanın prezidentliyi dövründə ABŞ Dövlət katibinin müavini təyin edilib. O, 2014-cü ildə təqaüdə çıxaraq Karnegi Beynəlxalq Sülh Fonduna başçılıq edib.

Yeni seçilmiş prezident Bayden açıqlamasında bildirib ki, Börnsün hər iki partiyanın hakimiyyəti dövründə iş təcrübəsi kəşfiyyata Amerikanın təhlükəsizliyini təmin edəcək "siyasətdən kənar" yanaşma və perspektiv gətirilməsini təmin edəcək.

"Amerika xalqı onun Mərkəzi Kəşfiyyat İdarəsinin növbəti direktoru olduğu dövrdə rahat yata biləcək," Bayden bildirib.

Səfir Börns üç dəfə Prezidentin Xüsusi Xidmətə görə mükafatını və Pentaqonun və ABŞ kəşfiyyatının yüksək mülki mükafatlarına layiq görülüb.

Villiam Börns Filadelfiyada LaSalle Universitetində tarix üzrə bakalavr, Oxford Universitetində isə beynəlxalq əlaqələr üzrə magistr və doktorluq dərəcələri alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG