Accessibility links

ABŞ-da bayram vaxtı səyahət edənlərin sayı artıb


Amerika Avtomobil Assosiasiyası (AAA) bildirir ki, bu bayram mövsümündə səyahət edən amerikalıların sayı rekord həddə çatıb. Assosiasiyanın təxminləri görə bu ilin Milad günündən 2018-ci ilin ilk gününə qədər 107 milyon amerikalı avtomobil, qatar və ya təyyarə ilə səyahət edəcək.

Benzinin yüksək qiymətinə baxmayaraq yollarda olan avtomobillərin sayı keçən il ilə müqayisədə 3.1 fazi daha çox olacağı gözlənilir.

AAA deyib ki, son doqquz ildə səyahət edənlərin sayı hər il artır. Əlavə olunur ki, 2005-ci ildə bəri səyahət edənlərin sayı 21.6 milyon nəfər artaraq, 25 faiz artım təşkil edib.

Səyahət edənlərin əksəriyyəti, yəni 97.4 milyonu səyahəti avtomobil vasitəsilə edəcəklər. Digər 6.4 milyon insan səyahət üçün təyyaləri, 3.5 milyon insan isə qatarları, avtobusları ya da ki, gəmiləri seçəcək.

AAA bildirir ki, tətil üçün seçilən ən popular məkanlar keçən il olduğu kimi Floridanın Orlando və Kaliforniyanın Anahaym şəhəri olacaq. Hər iki şəhər tanınmış Walt Disney World parklarının yerləşdiyi yerlərdir.

Digər məşhur səyahət məkanları Meksikanın Kankun şəhəri, Yamayka, Dominikan respublikası və Floridanın bir neçə şəhəridir. Nyu York şəhəri siyahıda 10-cu yerdədir.

XS
SM
MD
LG