Belarus Rusiyaya olan qaz borcunu ödədiyini bildirərək xəbərdarlıq edib ki, əgər Moskva tranzit haqqını ödəməsə onda Avropaya nəqil edilən rus qazını kəsəcək. Belarus baş nazirinin müavini Vladimir Semaşko bildirir ki, onun ölkəsi 200 milyon dollar kredit götürərək Qazproma olan borcunu tamamilə ödəyib. Semaşko Rusiyaya xəbərdarlıq edib ki, əgər tranzitə görə ona 260 milyon dollar ödənməsə onda öz ərazisindən qaz nəqlini dayandıracaq. Rusiya Belarusa ötürdüyü qazı son günlərdə baş qaldıran ixtilaf zəminində bir qədər də azaldıb. Qazpromun rəhbəri Aleksey Miller Belarusa verilən qazın 60 faiz ixtisa olunduğunu elan edib.
Belarus Moskva tranzit haqqını ödəmədiyi halda Avropaya qaz nəqlinin qabağını alacağı ilə hədələyir
Belarus baş nazirinin müavini Vladimir Semaşko bildirir ki, onun ölkəsi 200 milyon dollar kredit götürərək Qazproma olan borcunu tamamilə ödəyib