Amerikanı Belarusda insan hüquqları və qanunun aliliyinin vəziyyəti ciddi şəkildə narahat edir. Bu, ABŞ-ın ATƏT-dəki səfiri İan Kellinin sözləridir.
Bir il əvvəl ATƏT Belarusda insan haqları vəziyyətinin yaxşılaşdırılmasına dair tövsiyələrlə çıxış etmişdi. Aleksandr Lukaşenko rejimi qurumun hesabatına məhəl qoymadan, demokratiya tərəfdarı müxalifət, vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı hücumlarını davam etdirir.
Hökumət rəsmiləri tənqid edənləri, nümayişlərə çıxanları, insan hüquqlarını müdafiə edənləri qanunsuz nəzarətlər, sanksiyasız həbslərə məruz qoyur. Hökumət müxalifət və civil cəmiyyətin nümayəndələrinə səyahət məhdudiyyətləri tətbiq edir.
Buna cavab olaraq ABŞ prezidenti Barak Obama Belarusla bağlı fövqəladə ölçülərə əl atıb. Prezident Belarusu milli təhlüksizliyə və Amerikanın xarici siyasətinə hədə adlandırıb. Belarus hökumətinin bəzi üzvləri demokratik proseslərə mane olmaqla yanaşı, insan hüquqlarını ciddi şəkildə pozur, həbslər və yoxaçıxmalar daxil edilməklə, siyasi repressiyalara əl atır.
Amerika Birləşmiş Ştatları Belarus hökumətini Ales Byalyatski də daxil edilməklə, bir daha siyasi məhbusların azadlığına çağırıb.
Amerika Lukaşenko rejimini ATƏT qarşısındakı öhdəliklərinə əməl etməyə,
ATƏT-n Parlament Assambleyası , Milli Demokratiya İnstitutu və digər qurumların sentyabr ayının 23-də keçiriləcək parlament seçkilərini müşahidə etməsinə imkan yaratmağa səsləyib.
Hökuməti seçmək haqqı da daxil edilməklə, Belarus xalqının fundamental və insan hüquqlarına ehtiram göstərilməlidir.