Accessibility links

Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Belarusun müxalifət lideri ilə görüşüb


Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri bazar ertəsi Brüsseldə Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ilə görüşərək, bəlkə prezident Aleksandr Lukashenko da daxil olmaqla, bəzi Belarus rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsi məsələsini müzakirə edib.

Tixanovskaya Avropa Birliyini Lukaşenkonun avtoritar rejiminə qarşı mübarizə aparan müxalifəti dəstəkləməkdə "daha cəsarətli olmağa" çağırıb.

"Bizə Belarusdakı hadisələr barədə məlumat verdi və Belarus xalqının, xüsusilə də həqiqi liderlik hissini göstərən Belarus qadınlarının cəsarəti və əzmi bizi həqiqətən heyran etdi" - deyə, Tsıxanovskaya ilə səhər yeməyindən sonra jurnalistlərlə görüşən AB xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell bildirib.

Cozep Borrell
Cozep Borrell

Borrell Brüsselin Lukaşenkonu Belarusun qanuni prezidenti olaraq tanımadığını deyib.

“Biz milli dialoq da daxil olmaqla, Belarus xalqının azad və ədalətli seçki hüquqlarını dəstəkləyəcəyik və bu, daxili işlərə müdaxilə kimi qəbul edilə bilməz, belə ki, demokratiya və insan haqları Avropa Birliyinin tanıdığı əsas məsələlərdir" - deyə, o bildirib.

Ölkəsi Avropa Birliyinə sədrlik edən Almaniyanın xarici işlər naziri Heiko Maas "Lukaşenkonun dinc nümayişçilərə qarşı tətbiq etdiyi zorakılığın tamamilə qəbuledilməzdir" deyib.

"Beləliklə, bu gün yalnız seçki saxtakarlığına qatılan və sui-istifadədə iştirak edənlərin Avropa Birliyi sanksiyaları ilə üzləşməlidir sualını bu gün müzakirə etməliyik. Biz də özümüzə sual verməliyik əsas məsuliyyəti daşıyan cənab Lukaşenkoya qarşı da Avropa Birliyi tərəfindən sanksiya tədbiq edilməlidirmi sualını verməliyik" - deyə, o əlavə edib.

Nümayişlər Lukaşenkonun avqustun 9-u mübahisəli seçkilərinin qalibi elan edildiyi gündən bəri demək olar ki, fasiləsiz davam edir. Lukaşenko nümayışlərə son qoymaq üçün güc tətbiq və insanları həbs edir.

XS
SM
MD
LG