Accessibility links

Belarusun müxalifət lideri Svetlana Tixanovskaya Vaşinqtonda səfərdədir


Belarusun ABŞ-a ilk rəsmi səfər edən müxalifət lideri Svetlana Tixanovskaya Vaşinqtonu ölkəsindəki demokratik fəallara və vətəndaş cəmiyyəti qruplarına dəstək olması üçün hərəkətə keçirməyə ümid edir.

Amerikanın Səsinə verdiyi müsahibəsində "ABŞ-ı bizimlə olmağa çağırıram" deyib. "Bu, rejimin Belarusda hər şeyi məhv etməsi, kütləvi informasiya vasitələri, bütün təşkilatları məhv etməsi səbəbindən çox vacibdir. Bütün bu insanları dəstəkləmək son dərəcə vacibdir" - deyə, o əlavə edib.

ABŞ-a gəldikdən sonra Tixanovskaya paytaxt Vaşinqtondakı Freedom Plaza-da tərəfdarları ilə görüş keçirib. Onun Dövlət Departamenti, Ağ Ev və Konqres üzvləri, eləcə də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin administratoru Samanta Pauverlə də görüşü planlaşdırılır.

“Mən ABŞ-ın Belarusu gündəmdə saxlamasını istəyirəm. Əlbəttə ki, əsas məqsədim Belarus, oradakı vəziyyət, rejim tərəfindən şiddətin artması barədə danışıqlar aparmaqdır" - deyə, Tixanovskaya bildirirb.

Tixanovskaya keçən il avqustun 9-da keçirilən mübahisəli seçkilər və ardınca dinc nümayişçilərə qarşı edilən təziqlərdən sonra iki azyaşlı övladı ilə birlikdə Belarusu tərk etmək məcburiyyətində qalıb. Hazırkı prezident Aleksandr Lukaşenko isə özünün altıncı dəfə qələbə çaldığını iddia edir.

Demokratik Belarus və şəxsən Tixanovskaya üçün həll edilməmiş əsas məsələlərdən biri etirazlar zamanı həbs olunan 500 siyasi məhbusun azad edilməsidir. Həyat yoldaşı Sergey Tixanovski də onların arasındadır.

"Məhkumların azad edilməsinin yeganə yolu onlara (Belarus hökuməti) siyasi, iqtisadi təzyiq göstərməkdir və əminəm ki, bu, tezliklə baş verəcək" - deyə, Tixanovskaya bildirib.

Müşahidəçilər bu səfərin Rusiyanın şərq qonşusunda baş verənlər hadisələrə əhəmiyyətli təsir göstərməyə davam etmək istəyən Rusiya Prezidenti Vladimir Putin tərəfindən yaxından izlənəcəyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG