Accessibility links

Belarus sərhədindən Polşaya keçməyə cəhd edən miqrantlar geri göndərilib


Polşanın sərhəd rəsmiləri 20 noyabrda bildirib ki, Belarusla Polşa arasındakı sərhədi keçməyə çalışdan bir neçə qrup miqrant geri göndərilib.

Uğursuz cəhdlər noyabrın 19-da baş tutub. Bu, Belarusdan Polşaya keçməyə çalışan miqrantların sayının azaldığı bir vaxta təsadüf edib.

“Xaricilər çox aqressiv idilər. Onlar daş və fişəng atdılar və gözyaşardıcı qazdan istifadə etdilər,” polis bəyanatında bildirib və əlavə edib ki, ən böyük qrup 200 xaricidən ibarət olub.

Polşa polisi bildirib ki, Starzina kəndi yaxınlığında bir cəhd zamanı Belarusun hərbi qulluqçuları Polşanın sərhəd keşikçilərinə, polis zabitlərinə və əsgərlərinə daş atıblar, nəticədə isə polis maşınları zədələnib.

Avropa İttifaqı Belarusun avtoritar lideri Aleksandr Lukaşenkonu ötən il keçirilən mübahisəli prezident seçkilərindən sonrakı təqiblərə ittifaqın tətbiq etdiyi sanksiyalara cavab olaraq miqrantları Belarusa gətirib, Aİ-nin üzv ölkələri olan Polşa, Latviya və Litvanın sərhədinə göndərməkdə ittiham edir.

Belarus böhranı qızışdırdığını inkar edir. Noyabrın 19-da BBC-yə müsahibə verən Lukaşenko deyib ki, mümkündür ki, onun qüvvələri insanların Aİ-na keçmələrinə yardım edib, amma o minlərlə Yaxın Şərq miqrantını səhrəd böhranı yaratmaq üçün Belarusa dəvət etdiyini inkar edib.

Polşa rəsmiləri deyib ki, noybarın 19-da sərhədi qanunsuz keçməyə 195 cəhd qeydə alınıb ki, bu da noybarın 15-də qeydə alınan 250 və ondan bir gün öncəki 501 cəhddən daha azdır. Lakin Varşava miqrant böhranın hələ bitmədiyi barədə xəbərdarlıq edib.

“Biz bu problemin aylarla davam edəcəyinə dair fakta hazır olmalıyıq. Bunun belə olacağına şübhəm yoxdur,” Polşanın müdafiə naziri Mariusz Blaszczak RMF FM radio stansiyasına bildirib.

“İndi miqrantlar və Belarus xidmətləri yeni üsullara yol atırlar. İnsanlar daha kiçik qruplarda daha çox yerdən keçməyə çalışırlar,” o deyib.

O əlavə edib ki, bu hücumların Belarus xidmətləri tərəfindən yönləndirildiyinə şübhə yoxdur.”

Polşa hökumətinin sözçüsü noybarın 20-də bildirib ki, baş nazir Mateusz Moravieki böhranı müzakirə etmək üçün noybarın 21-də Litva, Latviya və Estoniyanı ziyarət edəcək.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG