Accessibility links

ATƏT Belarusun son ölçülərini tənqid edib


ATƏT Belarusun son ölçülərini tənqid edib
ATƏT Belarusun son ölçülərini tənqid edib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Belarusda toplaşma hüququnu məhdudlaşdıran yeni ölçüləri pisləyib. Yeni tədbirlərə dair qanun Belarus parlamentinin aşağı palatası tərəfindən oktyabr ayının əvvəli qəbul edilib və ötən cümə günü parlamentin yuxarı palatası tərəfindəndə də təsdiq edilib. ATƏT-in sədri və Litva xarici işlər naziri Audronius Azubalis bu gün Belarus prezidenti Aleksandr Lukaşenkonu düzəlişi təsdiqləməməyə və ATƏT qarşısında üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmamağa çağırıb. Toplaşma azadlığına dair qanunda edilmiş yeni dəyişiklik Belarusda ictimai yerdə etiraz aksiyası keçirmək məqsədi ilə toplaşmanı qadağan edir.

XS
SM
MD
LG