Accessibility links

Belarusun baş naziri Rusiyaya səfərini təxirə salıb


Belarusun baş naziri Rusiyaya səfərini təxirə salıb
Belarusun baş naziri Rusiyaya səfərini təxirə salıb

Sergey Sidorskinin Sankt Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcəyi bildirilib

Belarusun baş naziri Rusiya, Belarus və Qazaxıstan Gömrük Birliyinin yığıncağının keçiriləcəyi Rusiyaya səfərini təxirə salıb. Belarus baş nazirinin idarəsi Sergey Sidorskinin Sankt Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcəyini bildirsə də, görüşün təxirə salınmasının səbəblərini açıqlamayıb. Bu gün keçiriləcək yığıncağa ev sahibliyini Rusiyanın baş naziri Vladimir Putin edəcək. Keçən həftə Rusiya bilrdimişdi ki, Belarus Rusiyadan müqavilə ilə 200 milyon dollarlıq qaz almaq barədə razılığa gəlməyib. Birliyin razılığına əsasən Belarus Rusiyanın onu qaz və neftlə ucuz qiymətə təmin etməsini tələb edir.

XS
SM
MD
LG