Accessibility links

Belçikada hücumu törədənlərdən biri 2015-ci ildə Türkiyədən deportasiya olunub


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə intiharçı bomba hücumunları həyata keçirən şəxslərdən birinin səkkiz ay öncə Türkiyədə həbs edilib, daha sonra Belçikaya deportasiya edilib, orada isə azadlığa buraxıldığını deyib.

İbrahim Əl-Bakraui və Xalid Əl-Bakraui
İbrahim Əl-Bakraui və Xalid Əl-Bakraui

Ərdoğan hökümətinin Belçikadakı rəsmilərinə İbrahim əl-Bakroi ilə bağlı xəbərdarlıq etdiyini bildirib. Əl-Bakroi Suriyaya keçməyə çalışarkən Türkiyənin cənub Qaziantep sərhədində saxlanılıb. Prezidentin dediyinə görə, əl-Bakoi ötən ilin iyul ayında deportasiya olunduğunu, lakin “Belçika hökümətinə bu şəxsin xarici döyüşçü olduğuna dair xəbrdarlıqlarına baxmayaraq, onlar onu sərbəst buraxıblar.”

Ərdoğan deyib ki, deportasiya olunandan sonra Əl-Bakroini saxlayanlar onun terrolra əlaqəsini tapmayıblar və elə ona görə də 29 yaşlı Belçika vətəndaşını sərbəst buraxıblar. Türkiyə lideri həmçinin qeyd edib ki, onlar əl-Bakroini istəyi üzərinə Niderlanda deportasiya ediblər.

Çərşənbə günü Ankarada çıxış edən Ərdoğan Əl-Bakroinin adı açıqlamasa da, Türkiyə mətbuatına sızan məlumatlatda deportasiya olunan şəxsin kimliyi müəyyən edilib.

Brüssel
Brüssel

Çərşənbə günü hücum qurbanlarının xatirəsini bir dəqiqəlik sükütla yad edən Brüssel rəsmiləri 29 yaşlı İbrahim Əl-Bakroinin özünü şəhərin hava limanın partlatdığını və nəticədə öldüyünü təsdiq edib. Onun qardaşı 27 yaşlı Xalid özünü elə eyni vaxtda metro stansiyasında partladıb. Onların kimlikləri barmaq izləri ilə müəyyən edilib.

31 nəfərin ölümünə, 271 nəfərin isə yaralanmasına səbəb olan hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərində alıb.

Belçika vətəndaçı olan bu iki qardaşın cinayət tarixçəsinə silahlı oğurluq daxildir. Xalid isə “terrorizm” ittihamları ilə İnterpolun “qırmızı xətti” ilə axtarışa verilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG