Accessibility links

Belqrad məktəbində silahlı hücum, 9 nəfər ölüb


Polis və şahidlərin bildirdiyinə görə, çərşənbə günü səhər saatlarında 14 yaşlı bir oğlan Belqrad məktəbində əvvəlcə müəllimini, sonra isə şagirdləri və mühafizəçiləri güllələyib. Nəticədə azı səkkiz şagird və bir mühafizəçi ölüb, bir neçə nəfər yaralanıb.

"Vladislav Ribnikar" orta məktəbinin şagirdlərindən birinin atası Milan Miloşeviç deyib ki, qızı silahdan atəş açılarkən sinifdə olub.

Miloşeviç N1 tele-kanalına "O, qaçmağı bacarıb. (Oğlan) əvvəlcə müəllimi vurub, sonra isə hamıya atəş açmağa başlayıb" deyib.

Məktəbin yerləşdiyi mərkəzi Vraçar rayonunun meri Milan Nedeljkoviç həkimlərin müəllimin həyatını xilas etmək üçün mübarizə apardıqlarını bildirib.

Polisin dediyinə görə, yeddinci sinif şagirdi həbs edilib.

"Mən mühafizəçinin stolun altında uzandığını gördüm. Köynəkləri qan içində olan iki qız gördüm. Deyirlər o, (atəş açan) sakit və yaxşı şagird idi. Onların sinfinə bu yaxınlarda gəlib" - deyə, Miloşeviç əlavə edib.

Dəbilqəli və gülləkeçirməz jiletli zabitlər məktəbi mühasirəyə alıb.

Polisin açıqlamasında bildirilib ki, xəsarət alanlara tibbi yardım göstərilir və silahlı hücumun motivləri araşdırılır.

XS
SM
MD
LG