Accessibility links

Belqradda millətçilər NATO-nun keçmiş Yuqoslaviyanı bombalamasının ildönümündə etiraz aksiyasına çıxıb


Belqradda onlarla qatı millətçi NATO təyyarələrinin keçmiş Yuqoslaviyanı bombalamasının növbəti ildönümündə etiraz aksiyasına çıxıb.

78 günlük hərbi kampaniya Kosovo albanlarının Serb qüvvələri tərəfindən təqib olunmasına son qoydu.

AzadlıqRadiosunun məlumatına görə, aksiyanı müxalifətdə olan “Serbiyanın Radikal Partiyası” təşkil edib.

Partiya lideri Voislav Seselj aksiya zamanı NATO və Avropa İttifaqının bayrağını yandırıb.

Qatı millətçilər prezident Aleksandar Vucicin ofisi qarşısına gedərək binanın qarşısına Seseljin iki kitabını qoyublar.

Həmin kitablarda iddia edilir ki, 1995-ci ildə Serebrenitsada 8 mindən çox müsəlman kişi və oğlanın qətlə yetirilməsi soyqırım deyil.

Serbiya hökumətinin yüksək səlahiyyətli məmurları ayrıca 1999-cu ildə NATO-nun hava zərbələri zamanı ölənlərin xatirəsini yad ediblər.

Kosovo hökuməti isə Priştinada martin 24-nü Kosovonun milli azadlığının başlanğıcı kimi qeyd edib.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib.

Bir çox dünya ölkəs Kosovonun müstəqilliyini tanısa da, Belqrad və Moskva hələ də bunu qəbul etmir.

XS
SM
MD
LG