Accessibility links

Berlin Türkiyəyə gedən turistlərə xəbərdarlıq verib


Almaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlara Türkiyəyə səyahət etməzdən öncə düşünməyi məsləhət görüb. Bu çağırış almanların siyasi motivlərlə Türkiyədə həbsindən sonra edilib.

Dəniz Yücel
Dəniz Yücel

Almaniya hökumətinin məlumatına görə, Türkiyədə hazırda onlarla alman nəzarət altındadır. Bu, ölkələr arasında münasibətlərin pozulmasına yol açıb.

Həbs edilənlər arasında türk-alman jurnalisti, gündəlik Die Welt qəzetinin müxbiri Deniz Yücel də var. O, artıq 200 gündən artıqdır ittihamsız həbsdə saxlanılır.

Nazirliyin tövsiyəsinin Berlinlə Ankara arasında söz müharibəsini yatıracağı gözlənilmir. Almaniya kansleri Angela Merkel federal seçkilər öncəsi çıxışında yenidən seçildiyi təqdirdə Avropa Birliyindən Türkiyənin quruma üzvlük müzakirələrinin ləğv edilməsini istəyəcəyini deyib. Kansler Türkiyə prezidentini qanunun aliliyi yolundan çıxmaqda günahlandırıb.

Angela Merkel
Angela Merkel

Türkiyə rəsmiləri öz növbəsində Merkeli Türkiyə əleyhinə retorikalara görə qınayıb. Ərdoğanın sözçüsü İbrahim Kalın tvitter hesabında Merkeli diqqətləri ölkəsindəki ayrı-seçkilik və iqrqilikdən yayındırmaqda günahlandırıb.

Türkiyənin hökumətyönümlü Sabah qəzeti bu kimi ədalətsiz şərhlərə qoyuqqanlıqla yanaşıldığını yazaraq, Almaniya xalqı və onun biznes dünyasının nasizm qalıqlarını qınayacağını bildirib.

Almaniya-Türkiyə münasibətləri 2 il əvvəl qaçqın böhranı, avtoritar siyasət və vətəndaş azadlığı ilə bağlı mübahisələrə görə tənəzzül etməyə başlayıb.

Əlaqələr Türkiyənin Almaniyaya göndərdiyi casus iddiaları ilə keçiriləcək Hamburq məhkəməsindən sonra daha da gərilə bilər.

XS
SM
MD
LG