Accessibility links

Berni Sanders kampaniyasında çalışan qadınlardan üzr istəyib


2016-cı ildə ABŞ prezidentliyinə güclü namizəd olan senator Berni Sanders kampaniyasında çalışan qadınlardan üzr istəyib. Qadınların bəziləri seksual qısnamaya məruz qaldıqlarını və və ödənişlərinin kişilərdən az olduğuna dair şikayətlər səsləndirib.

İttihamlar Sandersin 2020-ci il prezident seçkilərinə qatılacağına dair xəbərlədən sonra irəli sürülüb.

“Mən onunla normal davranılmadığını deyən hər bir qadından üzr istəyirm. Əlbəttə, prezidentliyə namizədliyimi irəlü sürsəm, işimizi daha yaxşı aparacağıq”, Sanders CNN-ə bildirib.

2016-cı ildə uzunmüddətli kampaniyasından sonra Sander demokratların nominasiyasında namizəd Hillari Klintona məğlub olmuşdu.

77 yaşlı Sanders kampaniyası dövründə bu ittihamlardan xəbərsiz olduğunu deyib.

XS
SM
MD
LG