Accessibility links

“İndi top DİN, DTX və Baş Prokurorluqdadır.'' [Video-Müsahibə]


’Ya polis bir telefon təxribatçısını tapa bilməyəcək qədər qeyri-peşəkardır, ya da bu proseslərin arxasında özləri dayanıb.’’
please wait

No media source currently available

0:00 0:10:21 0:00

’Ya polis bir telefon təxribatçısını tapa bilməyəcək qədər qeyri-peşəkardır, ya da bu proseslərin arxasında özləri dayanıb.’’

İctimai fəal Bəxtiyar Hacıyev Amerikanın Səsinə verdiyi müsahibədə son günlər ona qarşı törədilən telefon təxribatının detalları barədə danışır

Bəxtiyar Hacıyevin sözlərinə görə, telefon təxribatı Gəncə hadisələrindən sonra başlayıb və böyük ehtimalla hakimiyyət daxilindəki hansısa bir qrupun təxribatıdır.

Bu, telefon terroru, təxribat, kibercinayətkarlıqdır.

''ABŞ-da qeydiyyatdan keçmiş virtual nömrələrdən xanımlar, kriminal keçmişi olan insanlar, dindarlar, gəncəlilər, sumqayıtlılar və polislər təhqir dolu mesajlar alırlar. Mesajın sonuna isə mənim nömrəm və adım yazılır. Bu, telefon terroru, təxribat, kibercinayətkarlıqdır. Hər an bu SMS-lərin göndərildiyi adamlardan kimsə mənə qarşı təxribata uya bilər və bunun ciddi nəticələri olar bilər.''

Bəs indi kimsə bu polisləri bıçaqlasa, yaxud məni öldürsə, kim məsuliyyət daşıyacaq?

İctimai fəal bildirib ki, başına gələnlərlə bağlı iyulun 19-da Dövlət Təhlükəsizliyi Xidmətində olub və ekran görüntülərini onlara təqdim edib. Daxili İşlər Nazirliyində isə fərqli münasibətlə rastlaşıb.

“Bu gün görüntüləri təqdim etdim. DİN-də isə 2 saata yaxın 20-dən çox daxili nömrə ilə danışsam da, aşağı düşüb, ekran görüntülərini götürən olmadı. DİN sözçüsü Ehsan Zahidov "bəs indi kimsə bu polisləri bıçaqlasa, yaxud məni öldürsə, kim məsuliyyət daşıyacaq?" sualına "əgər hər hansı bir hadisə baş versə, araşdırarıq",- dedi. Yəni, təxribatın qarşısının alınması yox, hadisə baş versə, ondan sonra addım atılacağı deyildi. DİN-in poçt qutusuna rəsmi müraciətimi və faktları atıb, getdim Baş Prokurorluğa, orada da poçt qutusuna atmağımı istədilər”.

Ya polis bir telefon təxribatçısını tapa bilməyəcək qədər qeyri-peşəkardır, ya da bu proseslərin arxasında özləri dayanıb.

Onun adından təhqir olunan polis işçisinə yazılan mesajların bir surətini prokurorluğa təqdim edən Bəxtiyar Hacıyev qeyd edib ki, bu təhqirin, hədələrin, təxribatın arxasında duranları Azərbaycan hüquq-mühafizə orqanları dərhal tapmalıdır.

“Tapmasalar, demək ki, qeyri-peşəkardırlar, adi bir telefon terrorçusunu, təxribatçısını tuta bilmirlər. Belə olduqda, bu qədər orqanlar, texnoloji avadanlıqlar, sabitliyin qarantı əməkdaşlar kimə və nəyə lazımdır? Ya da ki, addım atmamaqla, araşdırmamaqla, bu təxribatın arxasında Azərbaycan hakimiyyətinin, hüquq-mühafizə orqanlarının özlərinin durduqlarını etiraf edəcəklər, bizdə heç bir şübhə qalmayacaq”.

XS
SM
MD
LG