Accessibility links

Müsavat Partiyası müstəqil vəkillərə qarşı intizam təhqiqatının başlanmasını pisləyir


Musavat Partiyasi

Müsavat Partiyası müstəqil vəkillərə təzyiqi pisləyən bəyanat yayıb.

"Azərbaycan hakimiyyəti demokratik institutları aradan qaldırmaqda davam edir, siyasi fəallara, jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları davam etdirir.

İndi bu siyasətin yeni dalğası təmənnasız olaraq siyasi məhbusları müdafiə etmələri ilə məşhur olan müstəqil vəkillərə - Nemət Kərimli, Fəxrəddin Mehdiyev, Yalçın İmanov, Aqil Layıc və Elçin Sadıqova çatıb", sənəddə qeyd edilir.

Müsavat Partiyası hesab edir ki, bu vəkillərə qarşı Vəkillər Kollegiyasında intizam təhqiqatlarını başlanması onların bu qurumdan çıxarılması ilə nəticələnə bilər.

“Bununla hakim rejim siyasi məhbusları müdaifə imkanından məhrum etməyə çalışır. Hakimiyyət məhkəmə və prokurorluq orqanlarına tam nəzarət edir, indi isə Vəkillər Kollegiyasını tamamilə əzməyə çalışır. Ölkədə ədalətli mühakimə sisteminin tam məhvinin yekunlaşdırılması prosesi gedir”.

Müsavat hüquqşünaslara qarşı total hücumu pisləyir və cəmiyyəti bu qanunsuzluğa qarşı mübarizəyə çağırır.

Partiya, həmçinin beynəlxalq təşkilatları, demokratik dövlətləri, Azərbaycandakı diplomatik nümayəndəlikləri ölkədə hüquq sisteminin ləğvi planlarına qarşı aydın və qətiyyətli mövqe nümayiş etdirməyə çağırır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG