Accessibility links

Beynin sağlamlığının yaşlanmağa təsiri [Video]


Beynin sağlamlığının yaşlanmağa təsiri
please wait

No media source currently available

0:00 0:01:26 0:00

Beyin hər zaman insanların necə yaşlandığının göstəricisi olub. İnsanların əqli yaşlanma prosesi 20 yaşlarında başlayır. Lakin britaniyalı tədqiqatçılar hər beyinə bir yaş təyin edir və beləliklə beynin yaşınının insanın ümümi sağlamlığına mümkün təsirlərini kəşf edirlər.

Bunlar Londonun İmperial Kollecinin tədqiqatçıları qabaqcıl maşın-təlim alqoritmlərinin yardımı ilə araşdırdığı 2 min beyin skanından bir neçəsidir.

Bu o demək deyil ki, beynin yaşlanması ölümə səbəb olur, bu sadəcə beynin bədəndəki problemləri üzə çıxaran həssas göstərici olduğu deməkdir.
Dr. Ceyms Kol

Alqoritm bir sıra amilləri nəzərə alaraq hər beyinə yaş təyin edib.

Daha sonra onlar insanların beyin yaşlarını insanların həqiqi yaşları ilə müqayisə ediblər.

“Biz xronolji yaşla beyin yaşı arasındakı fərqi müqayisə etdik. Belə bir nəticəyə gəldik ki, beyin yaşı nə qədər çoxdursa, bunun insanın sağlamlığına da mənfi təsiri bir o qədər çox olur”, deyə London İmperial Kollecindən Dr. Ceyms Kol bildirir.

Beyinləri bədənlərindən daha yaşlı olan insanların sağlam yaşlanma göstəriciləri beyinləri ilə bədən yaşları eyni olan insanlarla müqayisədə daha pis idi.

Onlar həmçinin aşkar ediblər ki, statistik baxımdan yaşlı beyinləri olan insanların 80 yaşından öncə ölmək şansı daha yüksək olur.

“Bu o demək deyil ki, beynin yaşlanması ölümə səbəb olur, bu sadəcə beynin bədəndəki problemləri üzə çıxaran həssas göstərici olduğu deməkdir”, Dr. Ceyms Kol deyir.

Bəs beyni cavan saxlamaq üçün nə etmək olar?

Beyindən isitfadə etmək, yəni yeni şeylər öyrənməyə davam etmək lazımdır. Bunda əlavə stress və həyəcandan uzaq durmaq və ya bunların öhdəsindən gəlməyi öyrənmək lazımdır.

Bununla yanaşı bədəni cavan saxlayan şeylər beyni də cavan saxlayır. Bu isə o deməkdir ki, idman etmək, sağlam qidalanmaq, tütün və alkoqoldan uzaq durmaq lazımdır.

XS
SM
MD
LG