Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri otel xadiməsinin şikayətindən sonra seksual təcavüz ittihamı ilə Nyu York şəhər məhkəməsinə çağırılıb. Dominique Ştrauss-Kahn günahkar olmadığını, və tibbi ekspertizadan keçməyə hazır olduğunu bildirib. Həbs olunarsa o, 25 ilədək həbs cəzası çəkəcək. Dünən Fransanın növbəti prezidentiliyə namizəd olacağı ehtimal edilən Ştrauss-Kahnın seksual təcavüz, zorlamaya cəhd və qeyri-qanuni adam saxlama ittihamları ilə həbs edilib. BVF tam fəaliyyət göstərdiyini bildirib və həbslə bağlı izahat verməyib. Polis 32 yaşlı xadimənin şənbə günü Sofitel otelində Strauss-Khanın gecəsi 3000 dollar olan lyuks nömrəsinə otağı təmizləmək məqsədi ilə daxil olan zaman Strauss-Khan tərəfindən təcavüzə məruz qaldığını bildirib.