Accessibility links

Bəhreyn təhlükəsizlik qüvvələri daha bir nümayişçini qətlə yetiriblər


Bəhreyn təhlükəsizlik qüvvələri daha bir nümayişçini qətlə yetiriblər
Bəhreyn təhlükəsizlik qüvvələri daha bir nümayişçini qətlə yetiriblər

Minlərlə nümayişçi paytaxt Manamanın əsas meydanında ikici gündür ki, toplaşır

Bəhreyn təhlükəsizlik qüvvələri islahatlara çağıran nümayişlər zəminində öldürülən şəxsin dəfn mərasimində iştirak edən müxalifət fəallarına atəş açaraq daha bir nümayişçini qətlə yetiriblər.

Şahidlər bildiriblər ki, ikinci fəalın oldürülməsi bu gün, ölkənin Şiə müxalifət qrupu zorakılığı pisləyərək parlamentin işindəki iştirakını dayandırmasını elan etməsi ilə eyni vaxta təsadüf edir.

Əl-Vefaq xəbərdarlıq edib ki, müxalifətçilərin nümayişlərinə qarşı zorakılıqlar davam edərsə, onlar təhdidlərə qarşı daha ciddi addımlar atacaqlar. Müxalifət qrupu Bəhreyn parlamentində 40 yerdən 18-ni tutur.

Bu arada Assosiate Press-in verdiyi məlumata görə, minlərlə nümayişçi paytaxt Manamanın əsas meydanında ikici gündür ki, bir araya gəlib.

XS
SM
MD
LG