Accessibility links

Bayden: Demokratiyanın taleyi ara seçkilərdən asılıdır


ABŞ-da ara seçkilərinə altı gün qalmış Prezident Co Bayden ölkənin demokratiyası üçün təhlükələr barədə xəbərdarlıq edərək deyib ki, seçkiləri inkar edənlər Amerikanı "xaos yoluna" aparır.

Çərşənbə günü axşam Vaşinqtonun "Union Station" dəmiryol vağzalında çıxış edən Bayden "Amerikada daxil olduqları seçkilərin nəticələrini qəbul etmək öhdəliyi götürməyən hər səviyyəli vəzifə üçün iddialı namizədlər var" deyib.

Onun sözlərinə görə, gələn həftə seçicilər seçki bülletenlərində olan namizədlərdən qalib gəlib-gəlməyəcəklərindən asılı olmayaraq, yarışların nəticələrini qəbul edib-etməycəklərini soruşmalıdırlar.

"Bu sualın cavabı çox vacibdir və mənim fikrimcə bu, həlledici olmalıdır. Və çox sevdiyimiz ölkənin gələcəyi və bizim üçün çox şeyi mümkün edən demokratiyanın taleyi bu sualın cavabından asılıdır" , prezident deyib.

21 dəqiqəlik çıxışında Bayden sələfi Donald Trampı 2020-ci il oğurlanmış prezident seçkiləri ilə bağlı yalan iddialar irəli sürməkdə davam etdiyinə görə tənqid edib və bunun "son iki ildə siyasi zorakılığa və seçicilərin hədə-qorxusunun artmasına təkan verdiyini" deyib.

"Bizim hamımız siyasi zorakılığı və seçicilərə hədə-qorxu gəlinməsini rədd edirik və mən inanıram ki, bu, Amerika xalqının böyük əksəriyyətidir. Hamımız birləşməliyik ki, zorakılıq və hədə-qorxuya Amerikada yer olmadığını deyək" - deyə, prezident bildirib.

Bəzi Respublikaçı qanunvericilər Baydenin narahatlıqlarını və ritorikasını həddən artıq şişirdilmiş adlandırır və ictimai diqqəti Demokrat Partiyasnın siyasət uğursuzluqlarından yayındırmaq məqsədi daşıdığını deyir.

Baydenin çıxışına reaksiya verən Nümayəndələr Palatasının Respublikaçı lideri Kevin Makkarti tvitter səhifəsində "Prezident Bayden Amerikanın birləşməli olduğu bir vaxtda parçalanmağa və fikrini dağıtmağa çalışır. Çünki o, yaşayış xərclərini artıran siyasəti haqqında danışa bilmir. Amerika xalqı bunu aldanmayacaq" yazıb.

XS
SM
MD
LG