Accessibility links

Ağ Ev prezident Baydenin milli təhlükəsizlik strategiyasını açıqlayıb


Ağ Ev prezident Baydenin uzun müddət gecikdirilmiş milli təhlükəsizlik strategiyasını çərşənbə günü təqdim edib. Bu strategiya Çinin yüksəlişinin cilovlanmasını hədəfləyərək, eyni zamanda demokratik ölkələrin üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün müttəfiqlərlə işləməyin vacibliyini yenidən vurğulayıb.

Ukrayna böhranı ilə gecikdirilən 48 səhifəlik sənəd nə böyük dəyişikliklər, nə də Baydenin xarici siyasəti üçün heç bir yeni doktrina təqdim edib. Əvəzində sənəddə ABŞ rəhbərliyinin iqlim dəyişikliyi və avtoritar rejimlərin yüksəlişi kimi qlobal təhdidlərin öhdəsindən gəlməsində əsas rolu ilə bağlı yanaşma vurğulanıb.

Sənəddə Rusiyanın işğalından sonra belə Çinin qlobal nizama ən ciddi problem olduğu deyilib. Sənəddə həmçinin bildirilir ki, ABŞ qlobal nüfuzunu qoruyub saxlamağa ümid edirsə, super güclə iqtisadi silahlanma yarışında qalib gəlməlidir.

"Çin Xalq Respublikası ABŞ-ın ölkələrimiz arasında rəqabəti məsuliyyətlə idarə etməyə sadiq qalmasına baxmayaraq, qlobal oyun müstəvisini öz xeyrinə dəyişərək beynəlxalq nizamı yenidən formalaşdırmaq niyyətindədir" - deyə, Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan çərşənbə günü bildirib.

Sallivan deyib ki, ABŞ iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, yoluxucu xəstəliklər, terrorizm, enerji və inflyasiya da daxil olmaqla, hər yerdə insanlara təsir edən bir sıra transmilli problemlərlə yanaşı, Çinlə münasibətləri də idarə etməlidir.

Bayden sələfi Donald Tramp tərəfindən ABŞ idxalçılarına milyardlarla dollara başa gələn Çin mallarına rüsumlar da daxil olmaqla, bəzi əsas xarici siyasət məsələlərini hələ də həll etməyib və uzun müddət müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə münasibətlərin pozulması və Hindistanın Rusiya enerjisindən asılılığı kimi yeni problemlərlə üzləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG