Accessibility links

Bayden Ukrayna böhranını müzakirə edərkən Putinə "ağır fəsadlar" barədə xəbərdarlıq edib


Ağ Evin yaydığı bəyanata əsasən, ABŞ Prezidenti Co Bayden şənbə günü telefon danışığı zamanı Ruisya Prezidenti Vladimir Putinə Rusiya Ukraynanı işğal etdiyi təqdirdə “cəld və ağır” fəsadlarla üzləşəcəyi barədə xəbərdarlıq edib.

Bayden və Putin arasında müzakirə Rusiyanın Ukraynaya hərbi müdaxilə etməyə hazırlaşdığına dair artan narahatlıqlar fonunda keçirilib. Rusiya son aylarda Ukrayna sərhədi boyu cəmləşdirdiyi 100 mindən çox qoşunun sayını artırmağa davam edir.

İki lider arasında baş tutan telefon danışığından sonra Kremlin xarici siyasət üzrə baş müşaviri Yuri Uşakov deyib ki, Bayden Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarına cavab olaraq yanvar ayında söylədiklərini təkrarlayıb.

“Ancaq təəssüf ki, daha öncə də deyildiyi kimi, bu mülahizələr Rusiyanın təşəbbüslərinin əsas elementlərinə toxunmur,” Kreml rəsmisi deyib. O əlavə edib ki, Rusiya yaxında bu əks təkliflərə cavab verəcək.

Uşakov deyib ki, telefon danışığı “balanslı və işğüzar” olub və iki lider “bütün səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər"

Lakin o həmçinin ABŞ-ın yaxında işğalın baş verəcəyinə dair bəyanatlarına da toxunub və deyib ki, “İsteriya pik həddə çatıb.”

Vaşinqton hərbi müdaxilənin çərşənbə günü baş verəcəyinə dair kəşfiyyat məlumatları alıb.

Ağ Ev Baydenin telefon danışığını yerli vaxtla səhər saat 11:04 ilə 12:06 arası Merilend ştatında yerləşən Kemp Deyvid iqamətgahından apardığını bildirib.

“Prezident Bayden açıq şəkildə bildirib ki, əgər Rusiya Ukraynanı işğal etsə, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə qətiyyətlə cavab verəcək və Rusiyaya “cəld və ağır bədəl ödətəcək,” Ağ Evin bəyanatında bildirilib.

“Prezident Bayden Prezident Putinə açıq deyib ki, Birləşmiş Ştatlar müttəfiqlərimiz və tərəfdaşlarımızla tam koordinasiyalı bir şəkildə diplomatiya aparmağa hazır olsa da, biz digər ssenarilərə də eyni dərəcədə hazırıq,” bəyanatda qeyd olunub.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi telefon danışığından sonra müxbirlərə deyib ki, böhranın “dinamikasında fundamental dəyişiklik yoxdur.” Rəsmi bildirib ki, Bayden yenə diplomatik həll yollarını təklif edib və telefon danışığı Putinin növbəti addımının nə olacağı müəyyən olmadan başa çatıb.

Dövlət Departamenti insanlara “Rusiyanın hərbi müdaxilə təhlükəsi səbəbilə” Ukraynaya səfər etməmələri ilə bağlı xəbərdarlıq edib və Ukraynada olanlara dərhal ölkəni tərk etmələrini” tövsiyə edib.

Bir neçə ABŞ diplomatının Ukraynanın qərbinə, NATO müttəfiqi olan Polşa ilə sərhədə yerləşdirilicəkləri gözlənilir. Bu addım ABŞ-a Ukraynada “diplomatik mövcudluğunu” davam etdirməyə imkan verəcək.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zaxarova şənbə günü deyib ki, Moskva “Kyiv rejimi tərəfindən mümkün təxribatını” səbəb göstərərək Ukraynadakı diplomatik personalının sayını “optimallaşdırmaq” qərarına gəlib.

Zaxarova bu addımın təfərrüatlarını paylaşmasa da, deyib ki, Ukraynadakı səfirlik və konsulluqlar əsas xidmətləri göstərməyə davam edirlər.

İki liderin şənbə günü danışığından öncə, Putin Fransa Prezidenti Emmanuel Makronla telefonda danışıb. Putin bu həftənin əvvəli onunla üz-üzə də görüş keçirib. Həmin görüş zamanı Putin deyib ki, Rusiyaya qarşı “qaçılmaz işğal”la bağlı irəli sürülən ittihamlar “təxribatçı spekulyasiyadır.”

Makronun ofisi həmçnin şənbə günü bildirib ki, Fransa lideri böhranı Bayden, Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şoltzla da müzakirə edəcək.

Bundan əlavə Britaniya vətəndaşlarına Ukraynanı tərk etməyə, Almaniya və Niderlandın da vətəndaşlarının mümkün qədər tez bir zamanda ölkədən çıxmağa çağırıb.

Makron deyib ki, o, Rusiya liderinə deyib ki, “səmimi dialoq” Rusiyanın Ukraynanı işğal edəcəyinə dair naratlıqlarla uyğun gəlmir.

Makronun ofisinin bildirdiyinə görə, iki lider arasında danışıq təxminən iki saat davam edib. Ofis bildirib ki, Makron və Putin Donbas regionuna dair “Minsk sazişini irəlilətmək”, habelə “Avropada sabitlik və təhlükəsizlik şəraiti” ilə bağlı “dialoqu davam etdirmək istəklərini ifadə ediblər.”

Bundan öncə şənbə günü ABŞ Dövlət Katibi Antoni Blinken deyib ki, o, Rusiyanın Ukraynaya qaçılmaz hərbi müdaxiləsi ilə bağlı rusiyalı həmkarı Sergey Lavrovla danışıb.

Dövlət katibinin sözçüsü Ned Prays yaydığı bəyanatda bildirib ki,“ Dövlət Katibi açıq şəkildə bildirib ki, böhranı həll etmək üçün diplomatik yol açıq olaraq qalır, ancaq bunun üçün Moskva de-eskalasiya etməli və xoş niyyətli müzakirələrdə iştirak etməlidir.”

Bəyanatda qeyd olunub ki, Blinken “bir daha vurğulayıb ki, Moskva aqressiya yolunu seçsə və Ukraynaya bir daha hərbi müdaxilə etsə, bu, qəti, nəhəng və vahid Transatlantik reaksiya ilə nəticələnəcək.”

Blinken həmçinin şənbə günü Birləşmiş Krallığın xarici işlər naziri Elizabet Trussla da böhranı müzakirə edib. ABŞ Dövlət Departamentinin bəyantında bildirilir ki, Blinken Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü halında NATO müttəfiqlərimiz və regiondakı avropalı tərəfdaşlarımızla birlikdə işləyərək Rusiyaya sürətli və ağır bədəl ödətməyin vacibliyini vurğulayıb.”

Departament həmçinin bildirib ki, onlar böhrana diplomatik həll yolu tapmaq səylərini davam etdirməyi müzakirə ediblər və Blinken Bİrləşmiş Krallığı əmin edib ki, ABŞ Avropada hər hansı qərarı ilə bağlı müttəfiq və tərəfdaşları ilə məsləhətləşəcək.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə günü deyib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi “Olimpiya Oyunları zamanı” və ya Putin buna göstəriş verməyə qərar verdiyi zaman başlaya bilər.

Bir çox təhlilçi deyib ki, Rusiyanın fevralın 20-də başa çatacaq Qış Olimpiya Oyunlarından öncə hər hansı hərbi müdaxilə etmək ehtimalı çox azdır.

Sallivan deyib ki, Rusiyanın indi Ukrayna sərhədində böyük hərbi əməliyyat aparmaq üçün kifayət qədər qüvvələri var və Rusiya hücum nəticəsində Ukraynada “böyük bir ərazini,” o cümlədən paytaxt Kyivi ələ keçirə bilər.

Bayden həmçinin cümə günü Ukrayanın müzakirə etmək üçün dünya liderləri ilə video zəng keçirib.

“Liderlər Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaq üçün koordinasiyalı səylərin vacibliyi üzərində razılığa gəlib. Buna onların Rusiyanı hərbi müdaxilə yolunü seçdiyi halda böyük fəsadlar və ağır iqtisadi nəticələrlə qarşı-qarşıya qoyması daxildir,” Ağ Evin bəyanatında bildirilib. Baydendən əlavə video zəngdə Kanada, Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniua, Britaniya, NATO, Avropa İttifaqı və Avropa Şurasının liderləri iştirak edib.

ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi müxbirlərə bildirib ki, Bayden Polşaya orada mövcud olan 1700 qoşuna əlavə olaraq 3000 qoşunun göndərilməsinə göstəriş verib. Pentaqon bildirib ki, qoşunlar NATO müttəfiqlərini arxayın etmək və NATO-nın şrəq cinahında mümkün aqressiyanın qarşını almaq üçün oraya göndərilib.

Pentaqonun bəyanatına əsasən, cümə günü NATO ölkələrindəki bir neçə həmkarı ilə danışan ABŞ Müdafiə Naziri Lloyd Austin deyib ki, Birləşmiş Ştatlar “NATO ölkələri ilə birlikdə hər hansı aqressiyanın qarşısını almağa və müdafiə olunmağa” hazırdır,

Blinken cümə günü Ukrayna Xarici İşlər Naziri Dmitro Kuleba ilə telefonla danışaraq “Birləşmiş Ştatların Ukraynaya möhkəm dəstəyini bir daha vurğulayıb.”

Blinken vurğulayıb ki, “Rusiya tərəfindən Ukraynaya qarşı hər hansı və bütün aqressiyaların sürətli, ağır və vahid fəsadları olacaq,” Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG