Accessibility links

Bin Ladenə qarşı keçirilmiş hücumda öldürülən kuryerin telefonu ələ keçirilib


Bin Ladenə qarşı keçirilmiş hücumda öldürülən kuryerin telefonu ələ keçirilib
Bin Ladenə qarşı keçirilmiş hücumda öldürülən kuryerin telefonu ələ keçirilib

The New York Times qəzeti yazır ki, Əl-Qaidənin lideri Üsəma bin Ladenin öldürülməsi ilə nəticələnən reyd zamanı ələ keçirilən mobil telefonda Pakistanın kəşfiyyat agentliyini ilə güclü əlaqələri olan yaraqlı qrupların əlaqə nomrələri var.

Adını açıqlamayan ABŞ rəsmisinə istinad edən qəzetin məlumatına görə, telefonun aşkar edilməsi Haradatül-Mücahiddin qrupunun Pakistan daxilində bin Ladenin dəstək şəbəkəsi olduğunu üzə çıxarıb.

Hesabatda deyilir ki, mobil telefon bin Ladenin inandığı kuryerə məxsus olub. Həmin şəxs də may ayının 2-si Abbotabadda aparılan reyd zamanı öldürülmüşdü. The New York Times-ın məqaləsində deyilir ki, ABŞ ekspertləri Hərəkat komandirləri Pakistanın kəşfiyyat rəsmilərinə zəng edib, ancaq Pakistanın təhlükəsizlik agentlərinin bin Ladeni qorumasını sübut edən mühüm dəlil yoxdur.

XS
SM
MD
LG