Accessibility links

Bioloji baxımdan həll oluna bilən mikroplastiklər [Video]


Mikroplastiklər 5 millimetrdən balaca olan plastiklərdir. Hər il okeanlara tökülən on milyonlarla ton plastiklərin bir hissəsini mikroplastiklər təşkil edir. Bu isə plastik yeyən balıqlara, daha sonra isə bu balıqları yeyən insanlara zərər verə bilər. Amma artıq bu problemə bir çarə tapılmaq üzərədir.

Selüloz mikroplatiklər
Selüloz mikroplatiklər

Bütün bu məhsulların tərkibində mikroplastiklər mövcuddur. Mikroplastiklər kiçik plastik parçalarıdır və onlardan aşındırıcı vasitə, yəni dişləri və dərini təmizləməyə yardım edən cilalayıcı diyircəklər kimi istifadə olunur.

Problem isə ondadır ki, bu kiçik plastik parçaları okeana tökülür.

“Əgər siz hər gün üzünüzü dərinizi hamar edib, parıltı verən mikroplastik tərkibli məhsullarla yuyursunuzsa, bu o deməkdir ki, hər dəfə kanalizasiya borusuna 80 -100 min bu cür mikroplastiklərdən axır”, deyə Bath universitetindən Canet Skott bildirir.

Lakin Britaniya tədqiqatçıları hazırıladıqları yeni proseslə mikroplastikləri bioloji baxımdan həll oluna bilən selülozlardan düzəldirlər.

“Selülozlar tullantı suların təmizləndiyi zavodda həll olunmalıdır və heç vaxt okeanlara gedib çatmamalıdır”, Skott deyir.

Mikroplastiklər selülozu kiçik polad membrandan keçirməklə əmələ gəlir.

Selülozlar tullantı suların təmizləndiyi zavodda həll olunmalıdır və heç vaxt okeanlara gedib çatmamalıdır.
Canet Skott

“Bu layihədə biz nisbətən kiçik membrandan istifadə edirik. Onun diametri 1 santimetrdir, həcmi isə təxminən 10 santimetr. Membranın özünün üzərində isə milyonlarla dəlik var. Bu isə o deməkdir ki, biz milyonlarla mikroplastik düzəldirik”, deyə Bath universitetindən Deyvid Mattia söyləyir.

Bu mikroplastik sayı çox olsa da, tələbi qarşılamaq üçün yetərli deyil. Buna görə də, komanda istehsalı artırmağa çalışır.

“Bu, sənaye səviyyəsində bir istehsal üçün çox azdır. Daha çox mikroplastik düzəltməyin iki yolu var. Birincisi, bundan ikiqat daha böyük membrandan istifadə etməkdir ki, iki dəfə çox məhsul əldə olunsun. Ya da birdən çox membrandan istifadə etmək lazımdır. Nə qədər çox membran olsa, bir o qədər çox mikroplastik yaranar”, Deyvid Mattia deyir.

Tədqiqatçılar istehsallarını sənaye səviyyəsinə çıxarmaq və məhsulların çeşidini artırmaq üçün Micropore Technologies adlı bir şirkətlə razılıq eldə edib.

XS
SM
MD
LG