Accessibility links

Dünyada bir il ərzində 1 trilyon dollar məbləğində rüşvət verilib


Bir il ərzində dünyada verilən rüşvətin ümumi məbləği təxminən 1 trilyon dollardır.

Bu barədə BMT-nin Xəbər Mərkəzi dekabrın 9-u Beynəlxalq Korrupsiya ilə Mübarizə günü münasibətilə açıqladığı məlumatda bildirib.

"Bu səbəbdən dünya iqtisadiyyatı il ərzində 2,6 trilyon dollar itirir" - deyə Mərkəzdən bildirilir.

Məlumatda daha sonra deyilir ki, "heç bir cəmiyyət korrupsiyadan sığortalanmayıb".

İnkişaf etməkdə olan ölkələrdə rüşvətin ümumi məbləği iqtisadiyyatın inkişafına yönələn proqramlara xərclənən puldan 10 dəfə çoxdur.

Transparency İnternational Təşkilatına görə, Azərbaycanda korrupsiya geniş yayılıb, Azərbaycan dünyanın 176 ölkəsi arasında 123-cüdür.

XS
SM
MD
LG