Accessibility links

Birinci Dünya müharibəsinin başlamasının 100 illiyi qeyd edilir


Avropa rəsmiləri Birinci Dünya müharibəsinin 100 illiyinin tamam olduğu gün həyatını itirmiş əsgərlərin xatirəsini anıb.

Belçika kralı Filip və kraliça Matilda Belçika qüvvələrinin Almaniyanın müdaxiləsinə müqavimət göstəridyi Lyej şəhərində təntənələrə ev sahibliyi edib.

Fransa prezidenti Fransua Olland, Almaniya prezidenti Yoahim Qauk və Britaniyanın Baş naziri Deyvid Kameron, eləcə də Britaniya şahzadəsi Vilyam və onun xanımı Ketrin mərasimdə iştirak ediblər. Avropa ölkələrinin rəsmilərinin iştirakı ilə keçən tədbirdə söylənən nitqlərdə Avropanın hazırda müttəfiq olan qüdrətli ölkələri arasında barışıq ruhunun təntənəsi xüsusi vurğulanıb.

Bugünkü tədbirlər Almaniyanın Belçikaya hərbi müdaxiləsi və Britaniyanın 1914-cü il avqustun 4-də müharibə elan etməsinin 100 illiyi münasibətilə keçirilir.

Tərəflər müharibənin ilin sonuna qədər başa çatacağına inanırdı. Lakin Avropa ölkələrini ağır məhrumiyyətlərə düçar etmiş müharibə dörd il davam etmişdi.

Bazar ertəsi axşam Britaniya qanunvericiləri Fransanın müttəfiqi olan Britaniyanın Almaniyaya müharibə elan etdiyi vaxt bir saatlığa işıqları keçirəcək.

Bazar günü Fransa və Almaniya prezidentləri Almaniyanın Fransaya müharibə elan etməsi və Birinci Dünya müharibəsinin başlamasını 100 illiyini Fransanın şərqində Alsaz regionunda qeyd ediblər.

Fransa prezidenti Holland Fransa və Almaniya arasında sülhə yüksək qiymət vermiş, lakin o, eyni zamanda Avropa İttifaqı qarşısında çətinlikləri və Avropanın daha az inkişaf etmiş ölkələrində həyat standartlarının yaxşılaşdırılması üçün qarşılaşılan problemləri qeyd edib.

Almaniya prezidenti Qauk öz çıxışında deyib ki, Avropada çətinliklər var, lakin Birinci Dünya müharibəsi dövrünün əsgərləri öz problemlərini bu gün Fransa və Almaniya insanları qarşısındakı problemlərə dəyişmək istərdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG