Accessibility links

ABŞ prezidenti Barak Obama Mitt Romninin video çıxışına münasibət bildirib


Mitt Romni açıqlamalarının uğursuz olduğunu etiraf edib

ABŞ prezidenti Barak Obama ilk dəfə ictimai qaydada respublikaçı rəqibi Mitt Romninin səsləndirdiyi fikrinə münasibət bildirib.

Çərşənbə axşamı tanınmış aparıcı Devid Littermanın televiziyada gecəyarı programına dəvət olunmuş cənab Obama Romninin "ABŞ seçicilərinin demək olar ki, yarısı hökümətdən asılı olan “qurbanlardır” fikrini inkar edib.

Prezident Obama deyib:“Mən onun nəyə işarə etdiyini deyə bilmərəm, lakin sizə bunları deyə bilərəm. Mən 2008-ci ildə prezident seçiləndə, seçicilərin 47 faizi Con Makkeynə səs vermişdi. Onlar mənə səs verməmişdilər. Mən seçki gecəsi onlara səslənərək dedim ki, sizin mənə səs verməməyinizə baxmayaraq, mən sizi dinləyəcəyəm və sizin prezidentiniz olmaq üçün əlimdən gəldiyi qədər çox çalışacağam. Prezident kimi mən daha bir şey öyrəndim ki, bu da bütün dövləti təmsil etməkdən ibarətdir. Ölkə daxilində səfərə çıxarkən qarşılaşdığım respublikaçıların bu dövlətin qayğısına qalan zəhmətkeş insanlar olduğunun şahidi oldum. Və mənim gözləntilərim budur ki, əgər siz prezident olmaq istəyirsinizsə, müəyyən fərdlər üçün deyil, hər kəs üçün çalışmalısınız.”

Bazar ertəsi nümayiş etdirilən gizli çəkilmiş video görüntülərdə cənab Romni seçki kampaniyasının donorlarına deyib ki, Obamaya səs verən 47 faiz seçici vergi vermir, lakin dövlət müavinətlərindan yararlanmaq haqları olduğunu düşünürlər.

Çərşənbə axşamı Yutah ştatında seçki fondunun maliyyə toplanması kampaniyası zamanı cənab Romni özü ilə prezident arasında olan fərqləri vurğulamağa çalışıb.

Video nümayiş etdirildikdən sonra, cənab Romni öz çıxışının “uğurlu olmadığını” etiraf edib.
XS
SM
MD
LG