Accessibility links

Birləşmiş Ştatlar Türkiyədən qeyri-döyüş avadanlığını İraqdan Türkiyə ərazisi ilə çıxarılmasını xahiş edib


Mayk Mülen bu gün Ankaradakı çıxışında Türkiyə ərazisi ilə silah nəql etdirmək barədə heç bir planın olmadığını bildirib

Yüksək vəzifəli ABŞ hərbi rəsmisi bildirib ki, Birləşmiş Ştatlar Türkiyədən qeyri-döyüş avadanlığını İraqdan Türkiyə ərazisi ilə çıxarılmasını xahiş edib. Birgə qərargahlar idarəsinin rəisi, admiral Mayk Mülen bu gün Ankaradakı çıxışında Türkiyə ərazisi ilə silah nəql etdirmək barədə heç bir planın olmadığını bildirib. Türkiyənin Hurriyet Daily News qəzeti Türkiyə Xarici işlər Nazirliyinin sözcüsünə istinadən Ankaranın ABŞ-ın xahişini çox güman ki, təsdiqləyəcəyini bildirib. NATO üzvü olan Türkiyə 2003-cü ildə qonşu İraqı işğal etmək üçün ABŞ-ın Türkiyə ərazisindən istifadə etməsinə icazə verməmişdi. Mülen eyni zamanda, Türkiyəni BMT-nın İrana qarşı sanksiyalarının həyata keçirilməsində kömək etməyə çağırmışdır. Bu sanksiyalar Tehranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün nəzərdə tutulub. İyun ayında Türkiyə yeni BMT sanksiyalarının əleyhinə səs verib.

XS
SM
MD
LG