Accessibility links

Birma 2014-cü ildən etibarən ASEAN-a rəhbərlik edəcək


Birma 2014-cü ildən etibarən ASEAN-a rəhbərlik edəcək
Birma 2014-cü ildən etibarən ASEAN-a rəhbərlik edəcək

Cənub-şərqi Asiya ölkələrinin xarici işlər nazirləri Birmanın 2014-cü ildən etibarən ASEAN-a rəhbərlik etməsinə dair razılıq əldə edib. İndoneziyanın Bali adasında toplaşan xarici işlər nazirləri 4 günlük yığıncağı bu gün açıq elan edib. Birmanın xarici işlər naziri Vunna Maung Lvin deyib ki, Birmada insan hüquqları sahəsində əldə edilən tərəqqi nazirlər tərəfindən alğışlanıb. Birma son illər bir sıra islahatlar həyata keçirib. ASEAN-a rəhbərliyi əvvəllər rədd edilən Birma 2000-ə yaxın siyasi məhbusu bu həftə azad edəcəyinə vəd verib.

XS
SM
MD
LG