Hər həvəskar bağban bilir ki, bitkilərin sağlamlığını qorumaq üçün onlara mütəmadi olaraq nəzarət etmək lazımdır. Amma çox böyük torpaq sahəsi olanlar üçün bunu etmək uzun vaxt ala bilər, ələlxüsus da müxtəlif bitkilərin yetişdiyi böyük əkin sahələri olan fermerlər üçün. ABŞ Enerji Departamentinin maliyyə yardımı ilə Purdue Universitetinin alimləri sənaye məhsullarının olduqca vacib xüsusiyyətlərinin əlverişli genişmiqyaslı monitorinqinin yeni üsullarını araşdırırlar.
Biz elə bir yeni sistem inkişaf etdiririk ki, bununla mənim hər zaman tarlada olmağıma ehtiyac qalmayacaq. Bu yeni texnologiya platforması əkin sahələrində yetişən bitkilərin xüsusiyyətlərini müəyyən etmək üçün uzaqdan idarə olunana sensordan istifadə edirMitç Tuinstra
Bu qəribə görünən cihaz Purdue Universitetinin tədqiqatçılarının tarlalardakı məhsullarla bağlı mühüm məlumat toplamaq üçün istifadə etdikləri sınaq platformalarından biridir.
Bu alət ənənəvi müşahidə və ölçüalınma üsullarından daha sürətlidir.
“Biz elə bir yeni sistem inkişaf etdiririk ki, bununla mənim hər zaman tarlada olmağıma ehtiyac qalmayacaq. Bu yeni texnologiya platforması əkin sahələrində yetişən bitkilərin xüsusiyyətlərini müəyyən etmək üçün uzaqdan idarə olunana sensordan istifadə edir”, Purdue Universitetindən Mitç Tuinstra deyir.
RGB sensorları rəng fərqliliklərini müəyyən edir. Lazerlə işləyən radarlar yəni lidarlar, termik infraqırmızı sensorlar və digər elektron cihazlar isə bitkilərin məhsuldarlığını ölçür. Həcm və funksiyalarından asılı olaraq bu sensorlar dronlar kimi müxtəlif platformalarla gəzdirilə bilər.
Mitç Tuinstra: “Sensor geri dönəndən sonra, bizə çayın yanındakı sahəyə daha çox gübrə, avtobanın yanındakı torpaq sahəsinə herbisidlər, bir digər torpaq sahəsinə isə pestisidlər vurmalı olduğumuzu bildirəcək”.
Alimlər deyir ki, onlar müxtəlif platformaların müsbət və mənfi cəhətlərini öyrənməyə və topladıqları məlumatları anlamağa çalışırlar.
Onların diqqətlərini yönləndirdikləri bitkilərdən biri sorqumdur. Sorqumun bioyancaq mənbəsi olmaq kimi böyük potensialı var.
Sensorların topladıqları məlumatla hər bir bitkini dəyərləndirmək olar.
“Mənim gələcəklə bağlı təsəvvürüm odur ki, bizim hazırda apardığımız araşdırma bitkilərin məhsuldarlığındakı variasiyaları dəyərləndirib proqnozlaşdıra biləcək proqramların inkişafına gətirib çıxaracaq”, deyə Mitç Tuinstra bildirir.
Purdue universitetinin tədqiqatçıları deyir ki, gələcəkdə peyklər vasitəsilə mövqe təyinetmə sistemi olan robot vasitələrdən istifadə etmək olacaq. Bu robotlar torpaq sahələrini dolaşıb bitkiləri yaxından yoxlayaca biləcəklər.