Accessibility links

Blinken: Şimal Axını 2 qaz kəmərinin tamamlanması məsələsi inşa edən tərəflərdən asılıdır


ABŞ dövlət katibi Entoni Blinken bazar günü yayımlanan müsahibədə bildirib ki, Şimal Axını 2 qaz kəməri layihəsini Vaşinqtonun etirazına baxmayaraq, tamamlayıb-tamamlamamaq barədə qərarı inşa edən tərəflər özləri verməlidir.

Blinken çərşənbə günü almaniyalı həmkarına ABŞ tərəfindən Rusiyadan Almaniyaya qaz kəməri ilə bağlı sanksiyaların real mümkünlüyü ehtimalı olduğunu və Amerikanın birmənalı olaraq buna etiraz etdiyini söylədiyini bildirmişdi.

Boru kəməri Rusiyadan Almaniyaya Baltik dənizinin dibi ilə Ukraynanı ötərək keçəcəyindən tənqidçilər bunun Kiyevi tranzit gəlirlərindən məhrum edə və Ukraynanın Rusiya təcavüzünə qarşı səylərini zəiflədə biləcəyini iddia edir.

Kreml Rusiyanın dövlət enerji şirkəti olan Qazprom şirkərinin rəhbərlik ediyi 11 milyard dollarlıq layihənin kommersial bir layihə olduğunu bildirib, lakin ABŞ-ın bir neçə administrasiyası bu layihəyə qarşı çıxıb.

CNN tele kanalına verdiyi müsahibə zamanı dövlət katibindən ABŞ hökumətinin Rusiyadan Almaniyaya qaz kəmərinin çəkilməsini dayandırmaq üçün nəsə edə biləcəyi haqda sual verilib.

“Nəticədə bu, boru kəmərini tikməyə və onu tamamlamağa çalışanların özündən asılıdır”, Blinken bildirib. “Biz mövqeyimizin, bu boru kəmərinə etirazımızın aydın bir şəkildə başa düşüldüyünə əmin olmaq istəyirik” - deyə, o əlavə edib.

ABŞ dövlət katibi müsahibədə həmçinin Çin mövzusuna da toxunaraq, ABŞ və Pekin arasında münasibətlərdə qarşıdurmanın getdikcə daha çox aspektlərini gördüyünü deyib.

“Bu münasibətlərdə qarşıdurmanın getdikcə daha çox aspektləri var, sözsüz ki, bu, rəqabət olan münasibətlərdir” deyən Blinken iki ölkə arasında əməkdaşlıq sahələrinin də olduğunu qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG