Accessibility links

Antoni Blinken Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Almaniyada səfərdədir


ABŞ dövlət katibi Antoni Blinken və Almaniyanın xarici işlər naziri Heiko Maas çərşənbə günü bir qrup ortaq və müttəfiqlə görüşərək, Əfqanıstandakı vəziyyəti, o cümlədən Taliban hakimiyyəti ələ keçirəndən sonra ölkəyə humanitar yardım axınını davam etdirmək səylərini müzakirə edir.

ABŞ Dövlət Departamenti rəsmisinin nazirlərin toplantısından əvvəl dediyinə görə, müzakirə ediləcək əsas məsələ Talibanın üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq ictimaiyyətin gözləntilərinə sadiq qalıb-qalmadığı olacaq.

Almaniyaya getməzdən əvvəl Qətər səfəri zamanı Blinken Amerika Birləşmiş Ştatları və digər ölkələrin Talibanı etibarlı səyahət sənədləri olan hər kəsin Əfqanıstanı tərk etməsinə icazə verəcəyi barədəki vədinə əməl etməyə çağırdığını vurğulayıb.

ABŞ dövlət katibi Entoni Blinken və Almaniyanın xazici işlər naziri Heiko Maas
ABŞ dövlət katibi Entoni Blinken və Almaniyanın xazici işlər naziri Heiko Maas

Bu mövzu ABŞ-ın avqustun sonunda Əfqanıstandan çıxaraq, 20 illik hərbi mövcudluğuna son qoymasından və ölkədən minlərlə insanı təxliyə etmək üçün son səylərini dayandırdırmasından sonra diqqət mərkəzindədir. Əfqanıstanı tərk etmək istəyən çox sayda insan ABŞ ölkəni tərk etməzdən əvvəl bunu edə bilmədi.

Dövlət Departamenti çərşənbə günü keçiriləcək görüş zamanı çox ehtimal ki, Əfqanıstanda terrorla mübarizə və əsas da insan haqlarının müdafiəsi məsələlərinin müzakirə ediləcəyini bildirib.

Bundan əvvəl Qətərdə səfərdə olan Blinken hələ də Əfqanıstanda ikili vətəndaşlar da daxil olmaqla, ABŞ vətəndaşlarının sayının 100-ə yaxın olduğunu deyib. O, Dövlət Departamentinin onlarla əlaqə saxladığını, hər birinin işinə ayrı-ayrılıqda baxılması üçün işçilər təyin edildiyini və ölkədən ayrılmaq istəyənlərin bunu edə biləcəyinə əmin olduğunu deyib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG