Accessibility links

Blinken: Dezinformasiya demokratiyalara rəqibləri tərəfindən vurulan zəhərdir


ABŞ dövlət katibi Antoni Blinken və Çexiyanın xarici işlər naziri Yan Lipavski
ABŞ dövlət katibi Antoni Blinken və Çexiyanın xarici işlər naziri Yan Lipavski

Dövlət katibi Antoni Blinken cümə axşamı Praqada Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə birgə keçirilən mətbuat konfransında deyib ki, NATO-nun rəqiblərinə, xüsusən də Rusiyaya qarşı mübarizəsinin əsas cəbhəsi informasiyadır.

Blinken ABŞ və Polşanın "rəqiblərimiz tərəfindən demokratik cəmiyyətlərimizə vurulan zəhər" olan dezinformasiya ilə daha yaxşı mübarizə aparmaq üçün anlaşma memorandumu imzaladıqlarını bildirib.

"Həm ölkələrimiz arasında, həm də digər ölkələrlə tərəfdaşlığımız yolu ilə birlikdə nə qədər çox şey edə bilsək, (dezinformasiyanı) bir o qədər effektiv şəkildə ifşa edə və mübarizə apara biləcəyik. Bu memorandumun məqsədi budur" - deyə, Dövlət Departamentinin rəhbəri vurğulayıb.

O, "Biz birlik olduğumuz, əməkdaşlıq etdiyimiz zaman nəinki güclənəcəyik, həm də təcavüzün qarşısını almaq ehtimalımız daha yüksək olacaq. Və ittifaqımızın əsas prinsipi - birimizə hücum hamıya hücumdur - potensial təcavüzkarlara son dərəcə güclü bir mesajdır. Əgər onlar bizdən birinə hücum etsələr, hamımızla döyüşməli olacaqlar. Bu isə təcavüzün qarşısını almağın ən güclü yolu, ən təsirli yoludur" deyib.

"Pis niyyətli xarici aktyorlar demokratik institutlara inamı sarsıtmaq istəyir və biz demokratiyalar və avtokratiyalar arasında qarşıdurma ilə üzləşirik. Demokratiyamız çox böyük dəyərdir. Həm Çexiya, həm də ABŞ xarici müdaxilələrə qarşı mübarizədə müvafiq təcrübəyə malik olsa da, Kremlin bütün dünyada demokratiyaya qarşı apardığı kibermüharibə, təbliğat və təsir əməliyyatlarına məhəl qoymamaq olmaz" Lipavski deyib.

Blinken cümə axşamı Çexiyanın müdafiə naziri Yana Çernoxova ilə də görüşüb.

Cümə axşamı dövlət katibi Şimali Atlantika Alyansının 80 illiyinə həsr olunmuş sammit öncəsi NATO xarici işlər nazirlərinin iclaslarında iştirak edib. Sammit iyulda Vaşinqtonda baş tutacaq.

Forum

XS
SM
MD
LG